Şopinq festivalı Bakını
rusiyalı turistlər üçün daha cəlbedici edəcək
Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Şopinq festivalının Bakını rusiyalı turistlər üçün daha da cəlbedici edəcəyini düşünür.
“Festivalın təşkilatçıları kifayət qədər endirimlər edəcəklərini bildiriblər. İkincisi, festivalın keçirilmə vaxtı yaxşı seçilib. Bir çox Rusiya vətəndaşı mayın əvvəlindəki bayramlarla bağlı qısamüddətli tətillər təşkil etməyə çalışırlar. Bizim ən yaxın qonşumuz Azərbaycan bunun üçün ideal variantdır: gözəl hava, möhtəşəm mətbəx, unikal mədəni abidələr, demək olar ki, hər kəs rus dilində danışır və uçuş müddəti qısadır. Ona görə də festival keçirilməsi ideyası kifayət qədər müasir və vədedicidir”, - deyə o bildirib.
Rusiyalı deputatın fikrincə, bu festival ölkəni tanımaq üçün də böyük imkandır: “Öz təcrübəmdən deyə bilərəm ki, Bakıda hər kəsin zövqünə uyğun marşrutlar var. Gələcək haqqında fikirləşsək, mən gənclər turizminə diqqət yetirərdim - hostellər tikərdim, Azərbaycanın malik olduğu konsert və idman zallarının imkanlarından istifadə edərdim. Bu yolla Azərbaycan dostları, ailəsi, qohumları ilə davamlı olaraq yenidən ölkəyə səyahət edən sadiq turistlər əldə edəcək”.
Mədəniyyət.- 2017.- 19
aprel.- S.8.