Bakı Şopinq
Festivalına yeni mağaza
və ticarət obyektləri qoşulur
Aprelin 10-da start verilən Bakı Şopinq Festivalı uğurla davam edir. 110-a
yaxın mağaza,
50-dək hotel və restoranla
başlayan festivala hər gün yeni mağazalar, ticarət obyektləri qoşulur.
Aprelin 17-dən “La Perla” markası Bakı Şopinq Festivalına qoşulub. Bununla da Bakının
mərkəzində, Yusuf Məmmədəliyev
küçəsi, 1A ünvanında
yerləşən və
italyan lüks qadın geyimlərinin satışı ilə mağaza xanımlara
festival sürprizi olaraq
inanılmaz endirimlər
təklif edir.
“Soliton”
mağazalar şəbəkəsi
də Şopinq festivalının iştirakçısıdır.
“Soliton”un paytaxtımızda fəaliyyət
göstərən 6 mağazası
Azərbaycan vətəndaşlarına
və şəhərimizin
qonaqlarına mayın
10-dək böyük güzəştlərlə
öz mallarını
təqdim edəcək.
Bütün alınan mallara
30 faizədək endirimlər
edilir, üstəlik
ƏDV-ni geri ala (“Tax
free”) bilərsiniz.
“Bahar Optics”in Bakının iri alış-veriş mərkəzlərində yerləşən mağazaları da Şopinq festivalının iştirakçısı statusu alıblar. Mayın 10-dək “Metropark” alış-veriş mərkəzi və “Gənclik Mall”da yerləşən “Bahar Optics” mağazalarında alış-verişdə böyük güzəştlər olacaq.
“Baku Shopping Festival” stikerini gördüyünüz bütün mağazalarda mayın 10-dək sizi xüsusi endirimlər gözləyir. Festivala qoşulan mağazaların siyahısı ilə linkindən tanış olmaq olar.
F.Hüseynov
Mədəniyyət.- 2017.- 19
aprel.- S.8.