Paytaxtdakı incəsənət məkanında musiqili plener

 

 

   Tədbir yerli sakinlərlə bərabər turistlərin də marağına səbəb oldu

  

   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının layihəsi ilə Bakı şəhərinin Nizami küçəsində, Fəvvarələr meydanı yaxınlığında təşkil edilən incəsənət məkanında növbəti tədbir keçirildi.

   Aprelin 16-da buradaMəkan incə sənətadlı plener təşkil olundu.

   2016-cı ildən fəaliyyət göstərən incəsənət məkanında Bakı sakinlərinə, şəhərimizin qonaqlarına el sənətkarlarının, rəssamların, musiqiçilərin, folklor kollektivlərinin nümunəvi çıxışları əl işləri nümayiş etdirilir.

   Budəfəki tədbir həm yerli sakinlərin, həm turistlərin diqqətini çəkdi. Plener bu məqsədlə, yəni rəssamların yaradıcılığının yerli xarici turistlərə təbliği, paytaxtın mədəni həyatına rəngarəngliyin gətirilməsi üçün təşkil edilmişdi.

   Açıq səma altında bir neçə saat davam edən plenerdə 10-dan çox rəssam iştirak edirdi. Onlar ətrafdakı mənzərələrin rəsmini çəkir, maraqlanan insanlara əl işləri, rəsm sənəti barədə bilgi verirdilər. Xatırladaq ki, plener boyakarlığı naturanı bilavasitə öyrənmək onun real simasını tam əks etdirmək məqsədilə rəssamların emalatxanadan kənarda, açıq havada işləmələri ilə əlaqədar meydana gəlib.

   Tədbir Bakı şəhəri musiqi məktəblərindən cəlb edilən şagirdlərin iştirak etdiyi konsert proqramı ilə davam etdi.

   Qeyd edək ki, ötən müddətdə incəsənət məkanında paytaxt sakinləri qonaqların maraqla qarşıladığı müxtəlif təqdimatlar, o cümlədən bölgələrdən gələn folklor kollektivlərinin konsert proqramları el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarkalar təşkil olunub.

  

   F.Hüseynov

 

Mədəniyyət.- 2017.- 19 aprel.- S.9.