“Rəssamın seçimi”
- sərgi və film
Aprelin 18-dən “YARAT” Müasir İncəsənət Mərkəzində “Rəssamın seçimi” adlı silsilə film nümayişinə başlanılıb. Layihə çərçivəsində əvvəlcə hind rejissoru Tarsem Sinqhin “Enmə” filmi nümayiş etdirilib.
Silsilə nümayişin əhəmiyyəti ondan ibarətdir ki, iştirakçılar Orxan Hüseynovun “YARAT”da açılmış “Əziz sevgilim” sərgisini seyr etməklə yanaşı, rəssamın təklif etdiyi filmlərə də baxa biləcəklər. Təqdim olunacaq ekran əsərləri sərginin konsepsiyasını əks etdirir.
ABŞ və
Hindistanın birgə istehsalı olan filmin baş qəhrəmanı
Hollivud kaskadyoru Roy Uoker çəkiliş
zamanı körpü üzərində uğursuz tryuk zamanı
ağır zədə aldıqdan sonra
ayaqları iflic olur.
O, xəstəxanada müalicəsini davam etdirir və vaxtını səmərəli
keçirmək üçün Aleksandriya adlı qızcığaza
nağıllar danışır.
Mədəniyyət.- 2017.- 19
aprel.- S.10.