“Azərbaycan türk dünyasında önəmli rol oynayır”

 

 

   Hun-Türk qurultaylarını keçirməklə həm də türk dünyasını bir araya gətirmək, əməkdaşlığımızı genişləndirmək istəyirik”

  

   Macar-Turan Fondunun təşkilatçılığı ilə Macarıstanda ənənəvi Hun-Türk qurultayı keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd qədim türk dünyası təmsilçilərinin bir araya toplanması və onların milli mədəniyyət nümunələrinin nümayişidir. Tədbirlərdə Azərbaycan da fəal iştirak edir. Fondun sədri Andras Biro bugünlərdə növbəti qurultayın təqdimatını keçirmək məqsədilə Türkiyənin müxtəlif şəhərlərinə səfər edib. Onunla söhbətimizdə bizi maraqlandıran suallara cavab almağa çalışdıq.

  

   - Qurultayla bağlı təqdimat keçirməkdə məqsədiniz nədir?

   - Bildiyiniz kimi, Macar-Turan Fondu hər iki ildən bir Hun-Türk qurultayı düzənləyir və ora türk dünyasının önəmli şəxsiyyətlərini dəvət edirik. Məqsədimiz də bütün türk dövlətləri ilə əlaqə qurmaqdır. Bu qurultayla çox sayda adam maraqlanır. O üzdən də Türkiyə səfərim çərçivəsində biz bu qurultayın təqdimatını keçiririkböyük marağın olduğunu gördük.

   - Qurultayın adı nə üçünTurandeyil, “Hun-Türk” qurultayıdır?

   - Mən Macar-Turan Fondunun rəhbəriyəm. Yəni bir Turan könüllüsüyəm. Lakin "Turan" siyasi bir hədəfdir, onun elmi əsası yoxdur. Turan fikri ilk dəfə 1905-ci ildə Macarıstanda ortaya çıxıb. Belə beynəlxalq bir təşkilatı elmi təməllərə oturtmaq məcburiyyətindəyik. Bu günTurandeyildiyində bizlər, ya da sizlər üçün bir məna ifadə edə bilər. Amma Monqolustana getdiyinizdə bu sözün bir mənası yoxdur. demək istədiyimizi anlamazlar. Lakin tarixdə Hun-Türk həqiqəti vardır bu həqiqəti dünyanın ən ucqar nöqtəsində yaşayanlar belə bilir. Bizlərə bu gün kimsə, “siz xəyal arxasından qaçırsınızdeyə bilməz. Bizlər ənənə savaşçılarıyıq. Turan simvolik bır addır bütün türklərin vətənidir.

   Məsələn, macarlarda türk kimliyi çox yayılıb. Çünki Atillanın nəvələri olan macarlar hazırda da özünü elə Atillanın nəvəsi kimi görür. Özlərini hun bilirlər. Böyük Hun imperiyası dağıldıqdan sonra ortaya çıxan dövlətlər, xalqlar özlərinə türk, macarlar isə hun deyir. Avropa Hun imperiyasının mərkəzi Macarıstan olub. Macarlar Şərq köklərinin olması ilə qürur duyurlar. Bu səbəbdən Şərq araşdırmaları ölkəmizdə çox önəmlidir. Ötən əsrin 20-30-cu illərində Macarıstan Türkiyə arasında sıx işbirliyi qurulub. Atatürkün tapşırığı ilə macar dilində yazılan kitablar türk dilinə çevrildibununla da Hun fəlsəfəsini Türkiyəyə daşımış oldu.

   - Macar-Turan Fondunun artıq ənənə halını almış Hun-Türk qurultaylarına Azərbaycandan da çoxlu sayda elm, ictimaiyyət, mətbuat nümayəndələri qatılır. Hazırda Azərbaycanla münasibətlər necədir?

   - 90-cı illərin ortalarında Azərbaycanla da gözəl əlaqələrimiz, strateji ortaqlıq quruldu. Qeyd edim ki, 700-cü illərdə iki macar qəbiləsi Qafqaza köçərək orada yaşamağa başlayıblar. BunlaraSavard” macarları deyirlər. Bu səbəbdən xalqlarımız arasında genetik bənzərlik var. Biz hazırda ortaq qaynaqlarımızı və eyni zamanda ortaq tariximiz haqqında elmi mənbələri araşdırırıq. Hansı muzeylərdə nələr var - bütün bunlar marağımızda olan məqamlardır. Müəyyən müsbət nəticələr də əldə etmişik və gələcəkdə bunu daha da inkişaf etdirməyi düşünürük. Önəmli bir məqam da var: Macar-Turan Fondu Azərbaycanla bağlı bir sənədli film çəkdi. Azərbaycan tarixi ilə bağlı olan filmin əsas mövzusu Qarabağ idi. Filmdə sadəcə Qarabağın hazırkı durumu deyil, həm də tarixi, mədəniyyəti də işıqlandırılmışdı. Bu, Avropada çəkilən yeganə filmdir ki, obyektivliyi əks etdirib. Filmin təqdimatları 2015-ci ilin sonu - 2016-cı ilin əvvəlində baş tutdu.

   - Qeyd etdiniz ki, macarlar şərqli olmaları ilə fəxr edirlər. Siz özünüz necə, şərqli, yoxsa avropalısınız? Eyni zamanda Atillanın nəvəsi olmaq hissini necə yaşayırsınız?

   - Biz hunların nəvələriyik. Bizoğuzlardan, türklərdən gəlmişik. Amma indi “mən səlcuqluyam” və ya “osmanlıyam” kimi bir ayrı-seçkilik yoxdur. Çünki bu sadəcə müəyyən dönəmlik adlar olub. Biz macarlar özümüzün Şərq mədəniyyətimizlə fəxr edirik. Minilliklərdir ki, biz Avropanın mərkəzində yaşayırıq. Bu səbəbdən də biz Avropada yaşayan Şərq xalqıyıq.

   - Amma bu gün macarlar müxtəlif adlarla ifadə olunur: siz özünüzə “Hundeyirsiniz. Avropalılar da bu adla (Hungary) müraciət edir. Biz isə sizə macar deyirik...

   - Hunlar ana gövdəni təşkil edir. Macarlar hunların içində olan zadəgan bir zümrədir. Orta Asiyada bir çox "Magyar" adlı yaşayış yerləri mövcuddur. Burada apardığımız elmi işlər nəticəsində bizlərə ən yaxın bu xalqlar çıxdı: qırğızlar, qazaxlar, özbəklər ... Onlar da bizlərə macar deyirlər.

   - Macar-Türk Fondunun sədri kimi Azərbaycana dəfələrlə səfər etmiş, görüşlər keçirimisiniz. Maraqlıdır, gələcəkdə Azərbaycanla daha çox hansı sahələrdə əməkdaşlıq etməyi düşünürsünüz?

   - Azərbaycanla Macarıstan arasında əməkdaşlığın səviyyəsi yüksəkdir. Macar-Turan Fondu üçün belə əməkdaşlığın xüsusi əhəmiyyəti var. Bu illər ərzində Azərbaycanda bir çox dost və tərəfdaş tapmışıq. Azərbaycana səfərlərimiz hər zaman bizim üçün əla təcrübədir. Orada hər zaman özümüzü evimizdəki kimi hiss edirik. Biz də hər zaman proqramlarımız çərçivəsində ölkəmizə səfər edən azərbaycanlı qonaqlara böyük diqqət göstəririk. Onlar həmişə bizim üçün ən hörmətli qonaqlardır.

   Məqsədimiz Azərbaycanın mədəniyyət və elm təşkilatları ilə əməkdaşlıq etməkdir. Birgə nəşrlər buraxmaq istəyirik. Azərbaycanlı millət vəkilləri ilə əlaqələr də vacib xarakter daşıyır. Biz artıq onların bir neçəsinin iştirakı ilə birgə proqramlar təşkil etmişik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bizim vacib tərəfdaşımızdır. Gələcəkdə layihələrin - istər elmi, istərsə də qədim mədəniyyətin qorunub-saxlanılması çərçivəsində - reallaşdırılması məqsədilə elmi institutlarla, universitetlərlə, idman assosiasiyaları ilə əməkdaşlıq üçün imkanlar axtarırıq. Azərbaycanla Macarıstan arasında uğurlu əməkdaşlığa, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına inanıram. Azərbaycan türk dünyasında da önəmli rol oynayır.

   - Ənənələri bu günə qədər qoruyub saxlayan xalq olaraq Avropada şərqli və türk olmaq çətin deyil ki?

   - Macarıstan bir mədəniyyət mərkəzidir. Budapeşt və digər şəhərlərində qədim universitetlər var. Bu səbəbdən macarlar qədim bir mədəniyyətə sahibdirlər. Bu xalq öz mədəniyyətlərinə, adət və ənənələrinə sahib çıxdıqları üçün imza atmadıqları Avropa Birliyi qanunları da var. Avropada Qarabağla bağlı rəsmi olaraq səsini çıxaran ölkə də Macarıstan oldu. Bu səbəbdən də çoxlu narazılıqla qarşılaşdıq.

   - Türk dünyası ilə əlaqələriniz hansı səviyyədədir?

   - Türk dünyası çox genişdir. Biz türklərin ortaq köklərimizlə yanaşı, özümüzə məxsus mədəniyyətimiz də var. Macarlarda isə Şərqlə yanaşı, Qafqaz mədəniyyətinin ünsürləri də. Antropoloji baxımdan macarlar həm də qafqazlılara bənzəyirlər. Biz bu qurultayları keçirməklə həm də türk dünyasını bir araya gətirmək, əməkdaşlığımızı genişləndirmək istəyirik.

  

   Mehparə Sultanova

   Ankara

 

 

Mədəniyyət.- 2017.- 19 aprel.- S.12.