Rəssam-fotoqrafın fərdi sərgisi
Mayın 5-də Müasir İncəsənət Muzeyində Azərbaycan Fotoqraflar Birliyinin üzvü, həvəskar fotoqraf və peşəkar rəssam Vüqar Muradovun “Bənzəmə” adlı fərdi rəngkarlıq sərgisi açılacaq. Mayın 21-dək davam edəcək sərgidə müəllifin 16 rəngkarlıq əsəri nümayiş olunacaq.
Azərbaycan
xalçaçılıq sənəti qədim və fundamental sənət ənənəsi olmaqla bərabər, həm də özünün əsrlər boyu
formalaşmış qaydalar strukturunda dəyişilməyə meyilli olmayan konservativ bir ənənəni
təşkil edir. Vüqar
Muradov bu həssas mövzunun işlənməsində ən uyğun yolu tapa bilib. O, təsvirə
heykəltəraşlıq prizmasından yanaşır. Müəllifin
“Xalça” silsiləsində təsviri
kompozisiyanın həllinin iki konseptual yanaşmasının - Şərq-islam
və uzaq Şərq-buddist
yanaşmalarının sintezi özünü büruzə verir.
Mədəniyyət.- 2017.- 19
aprel.- S.16.