Bakıda gənclərin beynəlxalq
mahnı yarışması
Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə aprelin 21-də Bakıda “Həmişə gənc” şüarı altında “Youthvision” ikinci beynəlxalq mahnı müsabiqəsi keçirəcək.
Müsabiqənin keçirilməsində məqsəd yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Yarışmada 14-35 yaş arası gənclər iştirak edəcək.
Qiymətləndirilmə
beynəlxalq münsiflər heyəti tərəfindən
aparılır. Bu məqsədlə hər
iştirakçı dövlətdən bir
nəfər münsif üzvü
dəvət olunur.
Mədəniyyət.- 2017.- 21
aprel.- S.2.