“Uşaqlar
üçün kino”
“Dərs” filmi növbəti festivalda
Rafiq Əliyev və
Cavid Təvəkkülün
“Dərs” bədii filmi Rusiyanın Samara şəhərində keçirilən
22-ci “Uşaqlar üçün
kino” Beynəlxalq film festivalında iştirak edir. Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasından
bildirilib ki, aprelin 21-də başa çatacaq festivalda rejissor Rafiq Əliyev iştirak edir.
“Dərs” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.
Mədəniyyət.- 2017.- 21
aprel.- S.2.