Muzeylər arasında növbəti virtual görüş

 

 

   Aprelin 20-də Azərbaycan Milli İncəsənət Muzeyi ilə Taras Şevçenko adına Ukrayna Milli Muzeyi arasında skayp vasitəsilə növbəti virtual görüş keçirilib. Budəfəki görüş muzeylərin fondları ilə tanışlığa həsr olunub.

   2016-cı ilin dekabrında iki muzey arasında birgə əməkdaşlığa dair imzalanan müqaviləyə əsasən təşkil olunan virtual görüşdə Ukrayna Milli Muzeyinin elmi işlər üzrə direktor müavini Marta Lopatiç, Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin bir sıra üzvləri və Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşları iştirak ediblər.

   İkinci görüş daha da məhsuldar olub, bu dəfə fondlar haqqında bilgilər qarşılıqlı şəkildə mübadilə edilib. Fondlarla tanışlıq hər iki muzeyin əməkdaşları tərəfindən böyük maraqla qarşılanıb. Muzey işinin təşkilinə dair fikir və təcrübə mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2017.- 21 aprel.- S.3.