Tarix həm də abidələrdə yaşayır

 

 

   Beynəlxalq abidələr və tarixi yerlər günü bölgələrdə tədbirlərlə qeyd olunub

  

   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə tədbir təşkil olunub. Regional idarənin tabeliyində olan şəhər və kənd uşaq musiqi, incəsənət məktəbləri, kitabxanamuzey işçiləri, habelə abidə mühafizəçilərinin iştirak etdiyi tədbirdə rəsm, kitab sərgiləri, regionda yerləşən tarixi abidələrdən bəhs olunan məlumat lövhələri və yerli sakinlər tərəfindən tapılmış tarixi əşyalar nümayiş olunub.

   * * *

   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinə tabe olan müəssisələrdə də “açıq qapı” günü təşkil olunub. Şamaxı rayonunda yerləşən tarixi abidələrə və muzeylərə ekskursiya təşkil edilib. Ekskursiyada yerli sakinlərlə yanaşı, bir sıra xarici ölkələrdən, eləcə də ərəb ölkələrindən olan turistlər də iştirak edib. Tarix-Diyarşünaslıq Muzeyi, Cümə məscidi tarixi memarlıq abidəsi, Yeddi günbəz, Şaxəndan memarlıq abidələri, Şirvanşahlar sarayına məxsus qala divarları, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin qəbirüstü abidələri ziyarət olunub.

   Regional idarənin məsləhətçisi Rəfail Tağızadə, Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı Zərifə Baxşıyeva ziyarətçilərə rayonun tarixi-mədəni irsi barədə geniş məlumat veriblər. Vurğulanıb ki, Şamaxı rayonu üzrə 1 dünya, 23 ölkə və 47 yerli əhəmiyyətli abidə var.

   * * *

   Quba rayon MKS-nin Mərkəzi kitabxanasının və Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rayon üzrə abidə mühafizəçiləri qrupunun təşkilatçılığı ilə Tarix-diyarşünaslıq muzeyində maarifləndirici tədbir təşkil olunub. Muzeyin direktoru Məryəm Hacıyeva, rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Anar Məmmədov, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin Quba rayonu üzrə nümayəndəsi Fuad Orucov, Quba MKS-nin direktoru Saməddin Nəsirov və başqaları tarixi-mədəni yadigarların dəyərindən söz açıblar. Sonda kitab sərgisi və muzeyin eksponatlarına baxış keçirilib.

   * * *

   Samuxda “açıq qapı” günündə Heydər Əliyev Mərkəzinə və Tarix-diyarşünaslıq muzeyinə ekskursiyalar təşkil olunub. Ekskursiya iştirakçıları Heydər Əliyev Mərkəzində “Qədim və müasir Azərbaycan tarixielektron xəritəsi, muzeydə “Qədim Samux inciləri” ekspozisiyaları, həmçinin rayonun tariximaddi abidələrinə həsr edilmiş fotokitablarla tanış olublar.

   * * *

   Astara rayonunun Kakalos kəndində abidə mühafizəçisi Nadirə Dadaşovanın rəhbərliyi ilə tarixi abidə olan kənd məscidinin həyətində ağsaqqal Hacı Hüseynxan İsayevin iştirakı ilə tədbir keçirilib. H.İsayev məscidlə eyni vaxtda inşa edilmiş Hüseyniyyə abidəsi barədə məlumat verib, bu cür tikililərin rayonun bir neçə kəndində olduğunu qeyd edilib.

   Rayonun Pensər, Maşxan, Təngərüd, Qapışıməhəllə, Ağkörpü, Toradi və Sım kəndlərində də Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə tədbirlər təşkil olunub.

 

 

Mədəniyyət.- 2017.- 21 aprel.- S.7.