Milli xoreoqrafiyanın inkişafına töhfələr vermiş sənətkar

 

 

   Aprelin 19-da görkəmli bəstəkar, dirijor, Xalq artisti, müsəlman Şərqində ilk baletin (“Qız qalası”) müəllifi Əfrasiyab Bədəlbəylinin anadan olmasının 110 ili tamam oldu.

   Yubiley münasibətilə Bakı Xoreoqrafiya Akademiyasında Musiqi fənləri kafedrasının təşkilatçılığı ilə “Əfrasiyab Bədəlbəyli - 110. Azərbaycan baleti ənənəvi incəsənət növləri sintezi kontekstində” mövzusunda seminar keçirilib. Seminarda Bakı Xoreoqrafiya Akademiyası və digər sənət ali təhsil müəssisələrinin müəllim və tələbələri, incəsənət xadimləri və pedaqoqlar iştirak ediblər.

   Tədbiri kafedranın müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli açaraq musiqi mədəniyyəti tariximizdə Əfrasiyab Bədəlbəyli fenomeni barədə danışıb, onun yaradıcılığından bəhs edib.

   Akademiyanın Bakalavrmagistratura şöbəsinin müdir müavini, Əməkdar artist Eteri Cəfərova və instrumental ifaçılıq ixtisası üzrə 1-ci kurs magistr tələbəsi Vüsalə Zöhrabova sənətkarın həyat və yaradıcılığı haqqında məruzələrlə çıxış ediblər.

   Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, OperaBalet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, professor Sonaxanım İbrahimova bəstəkarın Azərbaycan musiqiteatr mədəniyyətinə, milli xoreoqrafiya sənətinin inkişafına verdiyi töhfələrdən söz açıblar

 

Mədəniyyət.- 2017.- 21 aprel.- S.10.