Ölkəmizin tarix səhifələri
qrafika və heykəltəraşlıq əsərlərində
Mayın 2-də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində “İRS”. Respublikanın sərvəti. Ölkəmizin tarix səhifələri qrafika və heykəltəraşlıq əsərlərində” adlı sərgi açılacaq.
Sərginin təşkilində əsas məqsəd milli incəsənətimizin nadir incilərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi, turistlərə mədəni xidmət göstərilməsi, eyni zamanda, Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumu iştirakçılarının mədəni proqramının zənginləşdirilməsidir.
Sərgi mayın 8-dək davam edəcək.
Tədbir
çərçivəsində Dövlət Rəsm
Qalereyasının Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən təsdiq olunmuş xüsusi loqotipi də təqdim ediləcək. 1972-ci
ildə yaradılan Azərbaycan Dövlət Rəsm
Qalereyasının fondunda 10 minədək
əsər toplanıb.
Mədəniyyət.- 2017.- 26
aprel.- S.3.