Milli Dram Teatrında Həsən Əblucun xatirəsi yad olunub
Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin
“Ölülər” əsərinin
növbəti tamaşası
Əməkdar artist, bədii
qiraət ustası Həsən Əblucun 75 illiyinə həsr olunub.
Teatrın mətbuat xidmətindən
bildirilib ki, Həsən Əblucun ailə üzvlərinin, mədəniyyət və
incəsənət xadimlərinin,
tələbələrin iştirak
etdiyi sənət axşamında əvvəlcə
xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov
görkəmli aktyorun
həyat və yaradıcılığından, Azərbaycan teatrının
inkişafında xidmətlərindən
danışıblar.
Qeyd olunub ki, H.Əbluc səhnə fəaliyyətinə aktyor
kimi başlasa da, yaradıcılığını
rejissor kimi davam etdirib, bir sıra uğurlu
səhnə əsərlərinə
imza atıb.
Vurğulanıb
ki, H.Əbluc nəinki teatrda, eləcə də televiziyada uğurlu fəaliyyət göstərib,
kinoda da maralı obrazlar yaradıb, özünü
rejissor kimi sınayıb, eyni zamanda, Mədəniyyət
və İncəsənət
Universitetində səhnə
danışığı ixtisasını
tədris edərək
gənc nəslin yetişməsində müstəsna
rol oynayıb.
Sonra
“Ölülər” tamaşası nümayiş
olunub.
Mədəniyyət.- 2017.- 26
aprel.- S.4.