Görkəmli musiqişünas alim son mənzilə yola salındı
Aprelin 24-də
Təzəpir məscidində
Xalq artisti, musiqişünas alim, professor Ramiz Zöhrabovla vida mərasimi keçirildi.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət
və incəsənət
xadimləri, ictimaiyyət
nümayəndələri, mərhumun yaxınları
iştirak edirdi.
Tabutun önünə Azərbaycan
Respublikasının Prezidenti
adından əklil qoyulmuşdu.
Vida mərasimində
çıxış edən
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti
Fərhad Bədəlbəyli
Ramiz Zöhrabovun vəfatının Azərbaycan
mədəniyyəti və
musiqisi üçün
böyüt itki olduğunu dedi, onun musiqi mədəniyyətimizin
inkişafında, təbliğində
və tədqiqində
müstəsna xidmətlərindən
danışdı. Qeyd etdi
ki, 20-dən çox monoqrafiyanın müəllifi
olan görkəmli alimin qədim muğam sənətimizin tədqiqinə həsr olunmuş əsərləri
bu sahədə dəyərli mənbədir.
F.Bədəlbəyli mərhumun pedaqoji
fəaliyyətindən də
bəhs etdi, ölkəmizin mədəniyyət
və incəsənətinin
inkişafı naminə
göstərdiyi səylərdən
söz açdı, respublikamızda keçirilən
muğam müsabiqəsi
və festivallarında
fəaliyyətini xüsusilə
qeyd etdi.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov çıxış edərək Ramiz Zöhrabovun həyat və fəaliyyətindən danışdı. Bildirdi ki, Ramiz Zöhrabov Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında tələbələrə muğam sənətinin sirlərini öyrədib. O, Azərbaycan musiqişünaslıq elmində öz dəst-xətti, xüsusi yeri və rolu olan sənətkardır. Skripka təhsili alsa da, Azərbaycan muğamlarının mahir bilicisi idi. Musiqişünas alimin tədqiqatları və gərgin əməyi bu sahənin inkişafına öz töhfəsini verib.
Vida mərasimindən sonra mərhum ikinci Fəxri xiyabanda torpağa tapşırıldı.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 26
aprel.- S.6.