“Bakı sizi gözləyir”

 

 

   İslam Həmrəyliyi Oyunlarının başlamasına 20 gün qalması münasibətilə tədbir

  

   Aprelin 23-də Dənizkənarı Milli Parkda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının başlamasına 20 gün qalması münasibətilə tədbir təşkil edilib.

   Tədbirə “sağlam həyat tərzi” mesajını çatdıran açıq havada idman sessiyası ilə start verilib. Bu idman sessiyasını iştirakçılar böyük maraqla qarşılayıb, ona qatılıblar.

   Tədbir zamanı təşkil edilən müsabiqələr də iştirakçılara həyəcanlı anlar yaşadıb və mübarizədə qalib gələnlərə hədiyyələr verilib.

   Sonda bir qrup gənc Oyunlarla bağlı fləşmob təqdim edib. Fləşmobda 50-dən artıq gənc Oyunlarda iştirak edəcək ölkələrin bayraqları ilə səhnəyə çıxıblar və “Bakı sizi gözləyir” mesajını veriblər.

   Sonra tədbirin aparıcısı ictimaiyyətə Oyunlarbilet satışı haqqında ətraflı məlumat verib və hər kəsi Oyunlara qatılmağa və idmançılarımızı dəstəkləməyə çağırıb.

 

 

Mədəniyyət.- 2017.- 26 aprel.- S.9.