Teatrlarda “Bakı-2017” üçün
xüsusi repertuar
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı
IV İslam Həmrəyliyi
Oyunları çərçivəsində
xüsusi repertuarla çıxış edəcək.
Teatrın direktoru, Əməkdar artist Mübariz
Həmidov bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarında
tamaşaçı qismində
iştirak edəcək
qonaqlar üçün
dünya dramaturgiyasının
ən məşhur nümunələri ilə
yanaşı, Azərbaycan
milli dramaturgiyasından
da seçmələr
təqdim olunacaq. Bu sıraya M.F.Axundzadənin
“Müsyö Jordan və
dərviş Məstəli
şah”, Ə.Haqverdiyevin
“Pəri cadu”, H.Cavidin “Şeyx Sənan”, M.Makdonaxın “Yalqız Qərb”, “Gözəllik kraliçası”,
“Konnemarada bir kəllə”, L.Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”)
və U.Şekspirin
“Romeo və Cülyetta”
əsərlərinin tamaşaları
daxildir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da IV İslam Həmrəyliyi Oyunları ilə
bağlı hazırlıqlarını başa
çatdırıb. Teatrın mətbuat xidmətindən bildirilib ki, teatr beynəlxalq tədbirlə bağlı xüsusi repertuar planı
hazırlayıb. Sənət ocağının
repertuarında olan C.Məmmədquluzadənin
“Ölülər”, N.V.Qoqolun “Müfəttiş”,
A.Saqarelinin “Xanuma”,
İ.Əfəndiyevin “Boy çiçəyi”,
H.Mirələmovun “Vəsiyyət”, Elçinin
“Şekspir”, E. de Filipponun “Silindr”, B.Nuşiçin “Nazirin
xanımı” və başqa tamaşalar müvafiq olaraq rus və ingilis dillərində subtitrlərlə əcnəbi
qonaqlara, turistlərə və nüfuzlu beynəlxalq tədbirin
iştirakçılarına təqdim olunacaq.
Mədəniyyət.- 2017.- 26
aprel.- S.9.