Gümrahlaşdırıcı istirahətin
elitası Bakıda bir araya
gəlib
Bakıdakı
“JW Marriott Absheron”
hotelində gümrahlaşdırıcı və SPA turizm bazarına həsr olunmuş
“Baku Travel Bazaar Wellness & Leisure” ənənəvi beynəlxalq sərgisi
keçirilib. Tədbirin təşkilatçıları “Chance Travel
Consulting” (Ukrayna) və
“R&S Group” (Azərbaycan) şirkətləridir. Sərgidə dünyanın müxtəlif
ölkələrindən beşulduzlu
hotellər, tibbi sığorta şirkətləri,
termal kurortlar, klinikalar və SPA-hotellər təmsil olunub. Tədbirə Azərbaycanın və Gürcüstanın
aparıcı turizm şirkətinin təmsilçiləri
də qatılıblar.
“Chance Travel Consulting” şirkətinin həmtəsisçisi
İrina Vedeneyeva bildirib ki, “Baku Travel Bazaar”
sərgisi çərçivəsində
təşkil olunan
“B2B” formatlı görüşlər
turizmin hər bir konkret istiqamətini
ətraflı öyrənməyə,
yeniliklərlə tanış
olmağa imkan verir. Dünyanın 35-dən çox təşkilatının nümayəndələri
öz fəaliyyətlərindəki
yeniliklər, əhəmiyyətli
layihələr, yeni obyektlər və mövsümü aksiyalar barədə yerli həmkarlarına məlumat
vermək üçün
Bakıya gəliblər
və onlar Azərbaycan bazarı ilə əməkdaşlıq
etməkdə və onu genişləndirməkdə
son dərəcə maraqlıdırlar.
Qeyd olunub ki, budəfəki
tədbir İsveçrə,
Fransa, Almaniya, İtaliya, Türkiyə, Litva, Ukrayna, Birləşmiş Ərəb
Əmirlikləri və
s. ölkələri əhatə
edir.
Sərgidə ilk dəfə iştirak
edən Ukraynanın “Edem Resort Medical & SPA” mehmanxana
kompleksi özünün
sağlamlaşma və
istirahət konsepsiyasını
təqdim edib.
Tədbirin daha bir debütantı
- Dubay hotellərini təmsil edən “Starwood
Hotels and Resorts” qrupunun satış
üzrə direktoru
Debora Qrey deyib: “Bizim müxtəlif istiqamətli bir neçə hotel zəncirimiz
var. “Baku Travel Bazaar” turizm sərgisində
iştirakımız turizm
biznesi təmsilçilərini
hotellərimizdə istirahət
imkanları ilə tanış etmək və nəticədə Azərbaycandan daha çox turist cəlb etmək məqsədi daşıyır”.
Ən sanballı nümayəndə
heyətlərindən biri
İsveçrədən istirahət
və müalicənin
təşkili sahəsində
geniş təkliflər
spektri ilə gəlib. Onların arasında “Double Check AG”, “Leukerbad
Clinic”, “Clinique La Prairie”, “Clinic Lemanic” klinikaları var. “Clinic Lemanic”
klinikasının biznesin
inkişafı üzrə
meneceri Marina Oşşepkova
deyib: “Biz “Baku Travel Bazaar” turizm
sərgisində altıncı
dəfədir iştirak
edirik və Azərbaycan xalqının
İsveçrədə istirahətə
marağının ildən-ilə
artdığını hiss edirik. 1998-ci ildə
Lozannada açılmış
klinikamız estetik, preventiv, regenerativ və “yaş” təbabəti sahəsində
ən böyük lazer mərkəzi kimi tanınır. Artıq Azərbaycandan bir neçə müştərimiz
var. Biz azərbaycanlı həmkarlarımıza
özümüzü xatırlatmaq
və ölkənizdən
qonaqların axınını
artırmaq üçün
buradayıq”.
Türkiyəni təmsil edən
“Rixos” hotellər qrupu sərgiyə maraqlı yeniliklərlə
qatılıb. Hotelin
marketinq üzrə meneceri Tatyana Qrişina deyib: “Antalya aeroportunun 25 kilometrliyində, Belekdə
yerləşən hotel bir
kilometr boyunca uzanan çox gözəl qumlu çimərliyə, Türkiyədə
ən böyük
“Land of Legends” tematik parkına,
gözdən uzaq istirahət zonalarına malikdir. Azərbaycanlı turistləri qumlu
çimərlikləri, şam
və evkalipt meşələri ilə şöhrət qazanmış
elit istirahət məkanına dəvət
edirik”.
Azərbaycan şirkətləri
sərgiyə getdikcə daha böyük maraq göstərirlər.
Paytaxtdakı “Averta Travel”
şirkətinin direktoru Yelena
Lyubomirovanın sözlərinə görə, “Baku Travel Bazaar”
müxtəlif ölkələrdən tərəfdaşları,
turizm operatorlarını, hotelçiləri
birləşdirən faydalı tədbirdir. Onlar
öz xidmətləri barədə Azərbaycandakı
həmkarlarına məlumat verməklə bərabər,
şəhərimizlə tanış olur,
Bakıdan gözəl təəssüratlarla
ayrılırlar.
Mədəniyyət.- 2017.- 26
aprel.- S.11.