Həmvətənimiz “Fiqaronun toyunda oynayacaq

 

 

   Mayın 1-də Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının konsert zalında V.A.Motsartın “Fiqaronun toyu” operası nümayiş etdiriləcək. Səhnə əsərində Bartolo obrazını həmvətənimiz Timur Abdikeyev canlandıracaq.

   T.Abdikeyev Bakıda doğulub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 2004-cü ildə Mariinsk Teatrında Cakomo PuççinininCanni Skikki” operasının premyerasında doktor Spinelloçço obrazı ilə debüt edib. Teatrın opera truppası ilə birlikdə Paris, London, Madrid, Vaşinqton, Nyu-York, Stokholm, KiyevMoskva şəhərlərində qastrollarda olub. Rusiya Federasiyası Tatarıstan Respublikasının Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatıdır.

 

Mədəniyyət.- 2017.- 26 aprel.- S.12.