“Dərs”in
rejissorları diploma layiq
görülüb
“Dərs” bədii filmi Rusiyanın Samara şəhərində keçirilən 22-ci “Uşaqlar üçün kino” Beynəlxalq film festivalının əsas proqramında nümayiş edilib. Festivalda filmin quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül “Yeniyetmə münasibətləri problemlərinin ekranda ən yaxşı bədii canlandırılması”na görə diplom ilə təltif olunublar.
Bu barədə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.
Qeyd
edək ki, “Dərs” filmi
26-30 may tarixində Rusiyanın Ulyanovsk şəhərində keçiriləcək
daha bir festivala dəvət alıb.
Mədəniyyət.- 2017.- 28
aprel.-S.2.