Məktəblilər Türkiyədə beynəlxalq festivala qatılıblar

 

 

 

   Türkiyədə 23 aprel - Milli suverenlikuşaq günü münasibətilə keçirilən ənənəvi Beynəlxalq uşaq festivalına bu dəfə ölkəmizdən Bakı şəhəri 24 saylı Uşaq və gənclərin yaradıcılıq mərkəzinin “Səma” rəqs qrupu qatılıb. Təhsil Nazirliyindən bildiriblər ki, 26 ölkənin iştirakı ilə keçirilən festivalda “Səma” rəqs qrupunun üzvləri milli geyimdə rəqslərimizi nümayiş etdiriblər.

   Beynəlxalq səviyyədə keçirilən tədbir uşaqlar arasında qardaşlıq, sevgidostluq əlaqələrini inkişaf etdirmək məqsədi daşıyır.

 

Mədəniyyət.- 2017.- 28 aprel.-S.7.