Bakıda təhsil alan
əcnəbi tələbələrin konserti
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) bu tədris ocağının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əcnəbi tələbələrinin iştirakı ilə konsert keçirilib. Tədbiri BMA-nın prorektoru, Xalq artisti, professor Yeganə Axundova açıq elan edərək bildirib ki, layihə iki yaradıcı təhsil müəssisəsinin ilk birgə layihəsidir.
Konsertdə Bakı Musiqi Akademiyasının Rusiya, Qazaxıstan, İran, Türkmənistandan olan tələbələri və Mədəniyyət və İncəsənət Universitetində oxuyan türkiyəli və iranlı tələbələr çıxış edib. Onların ifasında F.List və V.Bellininin əsərləri, Andrey Babayevin “Nazəndə sevgilim” mahnısı, “Ay Güləbatın” xalq mahnısı, Aşıq Veysəlin “Sadiq yarım” əsəri səslənib.
Rəngarəng
musiqi parçaları dinləyicilərin
zövqünü oxşayıb. Konsert barədə
təəssüratını bölüşən Mədəniyyət
və İncəsənət Universitetinin
prorektoru Gülşən Əliyeva
Bakı Musiqi Akademiyası ilə əməkdaşlığın
birinci layihəsinin uğurla
gerçəkləşdiyini qeyd edərək
ümidvar olduğunu bildirib ki, bu
qəbil layihələr davamlı olacaq.
Mədəniyyət.- 2017.- 28
aprel.-S.7.