İnsanlara nur bəxş
edən sima
Akademik Zərifə Əliyevanın
xatirəsinə həsr
olunmuş sərgi və konsert
Aprelin 26-da Bakıdakı “Qalereya
1969” salonunda Nəsimi
Rayon İcra Hakimiyyəti
ilə birgə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın
anadan olmasının
94-cü ildönümünə həsr olunmuş sərgi keçirilib.
Tədbirdə
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif
Əsgərov, millət
vəkilləri, incəsənət
xadimləri iştirak
edib.
Əvvəlcə Zərifə xanım Əliyeva haqqında videoçarx nümayiş olunub.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək akademik Zərifə Əliyeva haqqında danışıb, sərgi barədə məlumat verib: "Sərgidə Azərbaycan rəssamlarının 35 əsəri nümayiş olunur. Bu əsərlər Zərifə xanıma həsr olunub. Akademik Zərifə Əliyeva elmi fəaliyyəti ilə yanaşı, Azərbaycan mədəniyyətinə hər zaman diqqət ayırıb, mədəniyyət və incəsənət xadimləri ilə sıx münasibətləri olub.
Eyni zamanda evinin xanımı, gözəl
ana olub. Ulu öndər
Heydər Əliyevə
işlərində dəstək
olub, İstedadlı və bilikli övladlar böyüdüb.
Bu sənət əsərləri də onun əziz xatirəsinə ehtiram nümunəsidir".
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev tədbir haqqında fikirlərini bildirib: "Öncə onu diqqətinizə çatdırım ki, akademik Zərifə Əliyeva haqqında tədbirlərin mədəniyyət
ocaqlarında keçirilməsi
onun Azərbaycan mədəniyyətinə verdiyi
dəyərlərdən irəli
gəlir. Ulu öndər Heydər
Əliyevin ailəsində
mədəniyyət və
incəsənətə hər
zaman böyük qayğı göstərilib.
Akademik Zərifə Əliyeva da Azərbaycan mədəniyyətinə öz
diqqətini heç vaxt əsirgəməyib.
Zərifə xanımın təqdirəlayiq
addımları gənclərə,
yeni nəsillərə
örnəkdir. Ümummilli
lider Heydər Əliyevin rəhbərliyi
dövründə Azərbaycan
mədəniyyəti intibah
dövrünü yaşayıb,
bu gün də bu proses
davam edir”.
Tədbirdə Xalq artisti Samir Cəfərov
"Ana" mahnısını ifa edib. Sonda iştirakçılar
sərgi ilə tanış olublar.
* * *
Aprelin 26-da R.Behbudov adına
Azərbaycan Dövlət
Mahnı Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın
xatirəsinə həsr
olunmuş “İnsanlara
nur bəxş edən alim” adlı tədbir keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət
göstərən Asəf
Zeynallı adına
Musiqi Kollecinin birgə təşkilatçılığı
ilə gerçəkləşən
tədbirdə Zərifə
xanım Əliyevanın
zəngin və mənalı ömür yolundan söz açılıb. Vurğulanıb ki, görkəmli alim hər zaman
öz qayğıkeşliyi
və səmimiyyəti
ilə insanların rəğbətini, ehtiramını
qazanıb.
Tədbir konsert proqramı
ilə davam edib. Proqramda Azərbaycan və
dünya bəstəkarlarının
əsərləri səslənib.
Mədəniyyət.- 2017.- 28
aprel.- S.6.