Ölkəmiz dağ-xizək turizmi üzrə beynəlxalq sərgidə təmsil olunur

 

   Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Şahdağ Turizm Mərkəzi Avstriyanın İnsbruk şəhərində keçirilən “İnteralpindağ texnologiyaları üzrə beynəlxalq ticarət sərgisində iştirak edir.

   Tədbirə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Ruslan Abduləlimov, “Şahdağ Turizm Mərkəzi” QSC-nin sədri Rüstəm Nəcəfov, mərkəzin nümayəndələri Elxan ŞinqayevElvin Mamıyev qatılıblar.

   Avstriya İqtisadiyyat Palatasının təşkilatçılığı ilə sərgidən əvvəl Azərbaycan, Qazaxıstan, Rusiya, Özbəkistan, İslandiya, Fransa, Danimarka, İsveç, Kanada, Çili, Yaponiya, Koreya Respublikası və Çinin dağ-xizəkçilik sahəsi üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələrinin məlumat mübadiləsi və müzakirələr aparması üçün ikitərəfli görüşlər təşkil edilib. Görüşlər çərçivəsində Avstriyanın bu sahədə ən qabaqcıl şirkətlərinin rəhbərləri və nümayəndələri ilə fikir mübadiləsi aparılıb, Şahdağ Turizm Mərkəzinin timsalında Azərbaycanda dağ-xizək turizminin inkişaf istiqamətləri barədə məlumat verilib.

   Tədbirin ikinci hissəsi sərgi ilə davam edib. “İnteralpin” dünyanın qış idman növləri, kanat yolları, qar generatorları, dağlıq ərazilərdə təhlükəsizlik və xilasetmə xidmətləri üzrə müasir texnologiya və avadanlıqların təqdim olunduğu ən böyükmühüm sərgilərindən biri hesab olunur. 1974-cü ildən bəri ənənəvi olaraq təşkil olunan sərgidə mütəxəssislər tərəfindən texnoloji yeniliklərlə yanaşı, nəqliyyat, xizəkçilik mərkəzlərinin dayanıqlı inkişafı və idarəedilməsi, xizək mərkəzlərinin yay mövsümündə də fəaliyyəti haqqında yeni layihələr təqdim olunaraq əməkdaşlıq imkanları müzakirə edilir. Sərgi aprelin 28-də başa çatacaq.

 

Mədəniyyət.- 2017.- 28 aprel.- S.8.