“ArabianTravel
Market” sərgisində Azərbaycan
stendi böyük maraq doğurub
Xəbər verdiyimiz kimi,
ölkəmiz 24-27 aprel
tarixində Birləşmiş
Ərəb Əmirliklərinin
Dubay şəhərində
keçirilən “ArabianTravel
Market 2017” beynəlxalq turizm
sərgisində iştirak
edib.
Tədbirə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri
Aydın İsmiyevin rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti
qatılıb. Sərgidə respublikamızdan 40-dək turizm
şirkəti və mehmanxana təmsil edilib.
Ölkəmizin dünyanın aparıcı
turizm sərgilərindən
hesab edilən “ATM
2017” tədbirində iştirakı
Azərbaycanın Körfəz
ölkələrində turizm
nümayəndəliyi olan
“Atlantis Holidays” şirkətinin təşkilati dəstəyi
ilə həyata keçirilib.
Sərgidə Azərbaycanın turizm potensialının təqdimatı məqsədilə
100 kvadratmetr sahədə
xüsusi dizayn əsasında ikimərtəbəli
stend qurulub. Azərbaycan stendi sərgi günlərində böyük
maraq doğurub. Ziyarətçi və qonaqlara
ölkəmizin turizm infrastrukturu, səyahət
və istirahət imkanları barədə ətraflı məlumat verilib, ingilis və ərəb dillərində müxtəlif
reklam-çap məhsulları
təqdim olunub.
Sərgi çərçivəsində Bakı şəhərində
12-22 may tarixində keçiriləcək
IV İslam Həmrəyliyi
Oyunlarının və
23-25 iyun tarixində keçiriləcək “Formula 1” Azərbaycan Qran-prisinin təqdimatı da gerçəkləşib.
Həmçinin, “Naxçıvan - İslam mədəniyyətinin
paytaxtı 2018” təqdimatına
sərgi çərçivəsində
xüsusi önəm verilib.
Qeyd etmək
lazımdır ki, Körfəz ölkələri
gəlmə turizmi baxımından Azərbaycan
üçün prioritet
ölkələrdəndir. Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri
2006-cı ildən etibarən “ATM” beynəlxalq turizm
sərgisində iştirak edir.
Mədəniyyət.- 2017.- 28
aprel.- S.9.