Kənd kitabxanalarının tədbirləri
Neftçala rayon MKS-nin Xolqarabucaq kənd kitabxanasında “İslam həmrəyliyi ili”nə həsr olunan tədbir təşkil olunub.
Tədbiri kitabxanaçı X.Əhmədova açaraq Azərbaycanın islam həmrəyliyinin bərqərar olmasında rolundan danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilib. Bildirilib ki, ölkəmiz uzun əsrlərdən bəri islam sivilizasiyasının əsas mərkəzlərindən biri olub və İslam intibahının bərqərar olmasında mühüm rol oynayıb.
* * *
Qazax rayon MKS-nin Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana filialları kənd Folklor evi ilə birlikdə mütəfəkkir şair Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Uzaqgörən və müdrik dövlət xadimi” adlı ədəbi kompozisiya keçirib.
Kitabxana
filiallarının müdirləri Tamam Cəfərova
və Məktubə Qocayeva şairin həyat və
yaradıcılığı haqqında ətraflı məlumat
veriblər. Fəal oxuculardan Rəqsanə
Rüstəmova, Fidan Hüseynli,
Ülkər Cəfərova, Dilbər Eyyubova,
Kənan Çıraqov və başqaları şairini
əsərlərindən örnəklər səsləndiriblər.
Sonda “Molla Pənah Vaqif - 300” adlı sərgiyə baxış olub.
Mədəniyyət.- 2017.- 28
aprel.- S.11.