“Qayğıkeş insan, mehriban ana

 

 

   Zərdab rayon Mərkəzi kitabxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə “Qayğıkeş insan, mehriban ana” adlı tədbir keçirilib.

   Mərkəzi kitabxananın direktoru N.Əliyeva çıxış edərək Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında geniş məlumat verib. 36 saylı kitabxana filialının müdiri X.Abışova bildirib ki, görkəmli alim bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edib, 12 monoqrafiya, 150-yə yaxın elmi məqalə yazıb.

   Sonda “Qaranlığa işıq, gözlərə nur bəxş edən insan” başlıqlı sərgiyə baxış keçirilib.

 

Mədəniyyət.- 2017.- 28 aprel.- S.11.