“Nur saçan ömür”
Akademik Zərifə Əliyevaya həsr olunmuş tədbir
Aprelin 26-da Bakı şəhəri Sabunçu rayonu E.Məhərrəmov adına 137 saylı tam orta məktəbdə akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş “Nur saçan ömür” adlı tədbir keçirilib.
Tədbiri məktəbin direktoru Mətanət Abdullayeva açaraq iştirakçıları salamlayıb.
Tədbirdə 3 saylı Şəhər klinik xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri Cəfər Məmmədov, 21 saylı Birləşmiş şəhər xəstəxanasının həkimi İradə Həsənova, rayon ictimaiyyətinin nümayəndələri, habelə qonaq qismində dəvət olunmuş incəsənət xadimləri iştirak ediblər.
Xatirə tədbirində görkəmli oftalmoloq alimin həyat və fəaliyyətindən söz açılıb.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar artist Gülüstan Əliyeva konsert proqramı ilə çıxış edib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Zemfira Nərimanova “Göz həkimi” tamaşasında oynadığı roldan bəhs edib, Zərifə xanım Əliyeva haqqında xatirələrini danışıb. Milli Dram Teatrının aktyoru, Əməkdar artist Sabir Məmmədov Sevil Əliyevanın “Ana” şeirini söyləyib.
Tədbir boyu Zərifə xanım Əliyevanın həyat
və fəaliyyəti ilə bağlı videoçarx
təqdim olunub.
Mədəniyyət.- 2017.- 28
aprel.- S.12.