“Elim
üçün şirin
candan keçərəm
mən...”
Ədəbiyyat tarixində qələmini
süngüyə çevirən,
vətəninin müdafiəsinə
qalxan vətənpərvər
şairlər çox
olub. Belə qələm sahiblərindən
biri də ünlü türkmən şairi Seyidnəzər Seydidir.
Şair haqqında qaynaqlarda
müfəssəl məlumat
azdır. Əsasən şeirlərindən onun barəsində məlumat əldə edilib. Araşdırmalarda qeyd edilir ki, şair 1768-ci ildə Türkmənistanın
Qarabəkirli rayonunun Lebab-Lamma kəndində dünyaya göz açıb. Onun ailəsi
o bölgədə geniş
tanınan Ensarilər
tayfasındandır. S.Seydi Həbib
xocanın açdığı
molla məktəbində
oxuyub, Qurani-Kərimi mükəmməl öyrənib.
Sədi Şirazinin “Gülüstan”,
“Büstan” kitablarını
mütaliə edib.
Şairin gənclik illəri
çox qarışıq
bir dövrə təsadüf edib. Bölgə uzun müddət Səfəvilər dövlətinə
tabe olub. Onlar bu ərazilərdən
çəkildikdən sonra
əyalətdə feodal
ara müharibələri
baş verir. Bu səbəbdən doğma kəndi gah Buxara əmirliyinin,
gah da Xivə
xanlığının tabeliyinə
keçir.
Lebab bəyləri və
cəsur oğulları
torpaqları uğrunda
cəsarətlə döyüşsələr
də, düşmənə
qalib gələ bilmirlər. Şair bu başa çatmayan
müharibədən təsirlənərək
“Qal indi” şeirini qələmə
alır:
Bir atadan, Mətih, yalnız qardaşım,
Bixəbərsən düşman alıbdır
daşım.
Naçar əməkdaşım, Oraz
bibisən,
Eşitsən, yas tutub qara gey indi.
S.Seydinin ədəbi yaradıcılığında
məhəbbət mövzusuna,
demək olar ki, rast gəlinmir.
Bu da onunla
bağlıdır ki,
şairin də şahidi olduğu müharibələr səngiməyib,
tez-tez hakimiyyət dəyişikliyi baş verib. Bu üzücü
müharibələrdən xilas olmaq üçün
qələmini süngüyə
çevirib. Elin igid
övladlarını səfərbər
olmağa, düşmənə
tabe olmamağa və mübarizəyə
səsləyən şeirlər
qələmə alıb.
Şairin yaradıcılığı bir növ dastan
yaradıcılığını xatırladır. Vətənpərvər Seydi üçün ana yurdu uğrunda
vuruşmaq və ölmək önəmli məsələyə çevrilir.
Şair “Bəylər”
şeirində yazır:
Vətən üçün çıxdım
Qırat üstünə,
Ta canım çıxınca, dönmərəm,
bəylər!
Elim üçün şirin candan keçərəm mən,
Düldül minib, qanad bağlar uçaram mən.
O, şeirlərinin
çoxunda özünü
və silahdaşlarını
Koroğluya, daha çox Qacar pəhləvanlarına bənzədir.
Seydi ömrünün çox
hissəsini at belində
və döyüşlərdə
keçirir. Müəllifin şeirlərindəki “keçərəm
candan”, “qanad bağlar uçaram” kimi ifadələr onun müharibə, qan tökmək hərisliyindən yox, vətəninə bağlılığı
və sədaqəti ilə bağlı olub.
S.Seydinin Lebab elləri
Buxara əmirliyinə
tabe olduğu zaman əmir Mirheydərin yeritdiyi siyasət xalqda narazılıq yaradır.
Buna görə də lebablılar əmirə qarşı çıxırlar. Lakin bu etiraz kütləvi xarakter almır. Şair bir şeirində əmir Mirheydərə qarşı vuruşan lebablı Soltanniyaz bəyi tərifləyib, ancaq onun tərəfini
saxlayan Qahharqulu bəyi də kəskin tənqid edib.
Bu məhəlli
və ara
savaşından cana doyan Ensarilər tayfası Lebabdan Xivə xanlığına
köçür. Bu köçün
ağrısı-acısı şairin şeirlərində
də öz əksini tapır və o, “Lebab, xoş indi” şeirini qələmə
alır:
Sakar xalqı ilə Ensarı olmuş,
Biz getdik,
sən qaldın, Lebab, xoş indi.
Kimi ağlar getdi, kimi də gülüb,
Kimi çəkmiş dürlü əzap, xoş indi.
Seydi deyər, indi tükəndi sözüm,
Gediniz, sizləri görməsin gözüm...
Şair Xivə xanlığının
qədim Mərv (indiki Marı) bölgəsinə köçür.
Dostu şair Zəlilinin yaşadığı Qaraqala
kəndində məskunlaşır.
Ancaq onun bu kənddə
də günü xoş keçmir. Maddi cəhətdən güzəranı
gündən-günə ağırlaşır.
Ona himayədarlıq edən şair Zəlili Xivə xanı Məhəmmədrəhim tərəfindən
7 illik həbs cəzasına məhkum edilir. Şairin həbsi böyük
narazılığa səbəb
olur. Bütün bunlar Seydinin
yaratdığı bədii
nümunələrdə də
yer alıb.
Şairin günümüzə gəlib
çatan “Qaldın, xoş indi”, “Dönməm, bəylər”,
“Olduğu vardır”,
“Ensarının igidləri”,
“Qoçaqlar”, “Gəlin”,
“İgidlər”, “Görülsün
indi”, “Çıxıb
gedəlim”, “Biçarə
olub gəldik”, “Qarı səvaba”, “Dövranı vardır”, “Mübarək olsun”, “Dövrandan ayrıldıq”
və s. şeirləri
bədii dəyərinə,
məzmuna görə
bu gün də öz əhəmiyyətini saxlamaqdadır.
Vaxt gəlir, bölgədə Qacarların hakimiyyəti zəifləyir və mərkəzi hakimiyyətdən qopmalar baş verir. Yaranmış şəraitdən istifadə edən şair Qarrıqala türkmənləri ilə birlikdə Qacarlara tabe olmaqdan boyun qaçırır. Qacar sərkərdəsi Əhmədalı Mirzə ilə Qarrıqala türkmənləri arasında döyüş baş verir. 1830-cu ildə döyüşlərin birində şair həlak olur.
Savalan
Fərəcov
Mədəniyyət.- 2017.- 28
aprel.- S.15.