Rəssamlar İttifaqında tanınmış
heykəltəraşın sərgisi açılıb
Aprelin 25-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış heykəltəraş Kamal Vəliyevin əsərlərindən ibarət sərgi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşib.
Açılış mərasimində çıxış edən xalq rəssamları Ağəli İbrahimov, Səlhab Məmmədov, Arif Hüseynov, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov və digərləri Kamal Vəliyevi həm fərdi sərgisi, həm də yubileyi münasibətilə təbrik ediblər.
Çıxışlarda heykəltəraşın böyük sənətkarlarla birgə işlədiyi, eyni zamanda sənətdə öz dəst-xəttinin olduğu vurğulanıb. Bildirilib ki, onun müxtəlif mövzularda yaratdığı əsərlər həm klassik, həm müasir formalıdır.
Sonra
qonaqlar sərgi ilə tanış olublar. Bir həftə davam edəcək sərgidə heykəltəraşın
40-dək əsəri nümayiş edilir.
Mədəniyyət.- 2017.- 28
aprel.- S.16.