Ustad tarzən Kanadada festivalda ölkəmizi təmsil edib
Kanadanın Toronto şəhərində “Tirqan” milli musiqi,
kino və teatr beynəlxalq festivalı keçirilib.
Festival “Tirqan” beynəlxalq fondu və “Harbourfront” mərkəzinin təşkilati
dəstəyi ilə baş tutub.
Ümumilikdə 70-dək musiqi, rəqs,
kino və teatr layihəsini birləşdirən beynəlxalq
forumda ABŞ, Kanada, İran, Türkiyə, Rusiya və digər ölkələrdən
sənət xadimləri
iştirak ediblər.
Festivalın təntənəli
açılış mərasimi
sufi musiqisinin
təqdimatı ilə
yadda qalıb.
Azərbaycanı
beynəlxalq festivalda ustad tarzən, Xalq artisti, professor
Ramiz Quliyev təmsil edib. İki geniş solo konsert proqramı ilə çıxış edən
tarzəni məşhur
pianoçu, ICOT Beynəlxalq
Musiqi Təşkilatının
bədii rəhbəri
Mazyar Heydəri (Kanada) və zərb alətləri ifaçısı Əli
Məsudi müşayiət
ediblər.
Torontonun “Harbourfront Center” teatrının böyük zalında gerçəkləşən ilk konsert anşlaqla keçib. Həmin gecə Azərbaycan musiqisinin ən parlaq nümunələri təqdim olunub. Proqramda Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, Qəmbər Hüseynli, Vasif Adıgözəlov, Həsən Rzayevin əsərləri ilə bərabər, klassik muğamlarımız, xalq mahnılarımız əsasında improvizasiyalar və dünya musiqisindən parçalar yer alıb. Hər əsərin ifasından sonra tamaşaçılar Azərbaycan tarını ayaq üstə alqışlayıblar.
İkinci solo konsert - festivalın rəsmi bağlanış mərasimi professor Ramiz Quliyevin 70 illik yubileyinə həsr olunub. Konsertdən öncə “Tirqan” festivalının prezidenti Meladid Armanejad tarzəni təbrik edib və festivalda iştirakına görə ona təşəkkürünü bildirib. Çıxışın sonunda festivalın ən yüksək mükafatı və xüsusi diplomu Ramiz Quliyevə təqdim edilib.
Mədəniyyət.- 2017.- 2
avqust.- S.10.