“Günlərdən şeir”
layihəsində daha bir
görüş
İyulun 28-də Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə birgə reallaşdırılan “Günlərdən şeir” layihəsinin növbəti, sayca dördüncü tədbiri keçirilib.
Layihənin növbəti qonağı AYB-nin üzvləri, gənc şairlər Şəhriyar Del Gerani və Fərid Hüseyn olub.
AYB-nin mətbuat katibi Xəyal Rza çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O, belə görüşlərin oxucular üçün də önəm daşıdığını qeyd etməklə yanaşı, layihə çərçivəsində növbəti şeir günlərinin keçiriləcəyini vurğulayıb.
Tədbirdə gənc şairlər tərəfindən şeirlər səsləndirilib, oxucuların sualları cavablandırılıb.
Sonda
şairlərin imzalı kitabları Milli Kitabxanaya və oxuculara təqdim
edilib.
Mədəniyyət.- 2017.- 2
avqust.- S.14