Firəngiz Əlizadənin əsərləri Fransada festivalda səsləndirilib
Fransanın Normandiya departamentində keçirilən Jiverni kamera musiqisi festivalında Avropa Azərbaycan Cəmiyyətinin
(TEAS) dəstəyi ilə
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri,
Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin əsərləri
səsləndirilib.
Jiverni İmpressionistlər Muzeyi və Vernon meriyasında təşkil
olunan konsertlərdə
Azərbaycanın klassik
musiqi əsərləri,
eləcə də Şərq bəstəkarlarının
və Şərq musiqisindən ilham almış Qərb bəstəkarlarının əsərləri
də təqdim olunub.
Festivalın direktoru Mişel
Stros tədbirdə çıxış edərək
Firəngiz Əlizadənin
bəstələrini dünya
klassik və avanqard əsərlərinin
təması əsasında
yaratdığını vurğulayaraq,
onun və digər görkəmli musiqiçilərimizin simasında
Azərbaycan musiqisinin
dünyanın musiqi sənətinə və elminə böyük töhfələr verdiyini
qeyd edib.
1998-ci ildən
etibarən hər il keçirilən
festival bu il Firəngiz Əlizadənin
“Muğamsayağı” əsəri
ilə açılıb.
“İpək Yolu”
mövzusuna həsr edilmiş festivalda tarixi yolun üzərində
yerləşən ölkələrdə
təkamülə töhfə
vermiş elm və biliyin əsrlər boyu necə cərəyan etdiyini azərbaycanlı musiqiçi
həzin notlarının
gücü ilə canlandırıb.
Azərbaycanlı
bəstəkarın əsərlərini
və digər dünya şöhrətli
musiqiləri görkəmli
pianoçu Jan-Klod Vanden (Belçika), məşhur skripkaçılar
Mişel Stros (Fransa), Nikita Boriso-Qlebski (Rusiya), əfsanəvi səsə malik Şaron Koste (Fransa-Kanada mənşəli)
ifa ediblər.
Mədəniyyət
2017.- 23 avqust.- S.4.