Ankarada beynəlxalq festivalda “Azərbaycan gecəsi”
Ankaranın Etimesqut Bələdiyyəsinin
təşkil etdiyi
14-cü Beynəlxalq Anadolu
Günləri Mədəniyyət
və Sənət Festivalı çərçivəsində
ölkəmizin Türkiyədəki
səfirliyinin dəstəyi
ilə “Azərbaycan gecəsi” təşkil olunub. Gecədə səfirliyin əməkdaşları,
diaspor nümayəndələrimiz,
azərbaycanlı tələbələr,
Ankara ictimaiyyətinin təmsilçiləri
iştirak ediblər.
Festivalın keçirildiyi böyük
meydanda səfirliyin təşəbbüsü ilə
“Azərbaycan evi” qurulub. Burada ölkəmizin mədəniyyəti,
incəsənəti və
tarixi ilə bağlı nəşrlər,
digər təbliğat
vasitələri nümayiş
etdirilib. Festival iştirakçılarına
"İrs-Miras" jurnalı,
türk dilində nəşr olunmuş
"İlham Əliyev"
və "Heydər Əliyev" kitabları təqdim olunub. Qonaqlar Azərbaycan milli mətbəx nümunələrinin
dadına baxıblar.
Tədbirdə iştirak etmək
məqsədilə Ankaranın
Etimesqut rayonu ilə qardaşlaşmış
Azərbaycanın Şirvan
şəhərindən gəlmiş
musiqi və rəqs ansamblının çıxışı festival iştirakçılarına xoş
anlar yaşadıb.
Gecədə ifa edilən
“Çırpınırdın, Qara dəniz” mahnısı festivala toplaşmış minlərlə
insanın hərarətli
alqışları ilə
qarşılanıb. Gecədə Azərbaycan səfirliyinin
müşaviri Ramil Qurbanov və Şirvan Bələdiyyəsinin
sədri Kürdoğlu
Muradov çıxış
ediblər. Bildirilib ki,
ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı iki qardaş ölkənin münasibətlərinin hərtərəfli
inkişafında özünü
göstərir.
Mədəniyyət 2017.- 23 avqust.- S.16.