Turistlər Bərdəyə böyük maraq göstərirlər

 

   Xarici və yerli turistlər Azərbaycanın qədim şəhəri və Qafqaz Albaniyası dövründə paytaxt olmuş Bərdəyə böyük maraq göstərirlər. Son illər geniş quruculuq-abadlıq işləri görülən şəhər ərazisindəki istirahət parkları, tarixi abidələr, mədəniyyət ocaqları da turistlərin diqqətini çəkir.

   Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyi də onların ən çox ziyarət etdiyi yerlərdən biridir. Qonaqlara muzeydə rayonun tarixini əks etdirən eksponatlar, foto-stendlər və yerli əhalinin muzeyə hədiyyə etdiyi eksponatlar nümayiş olunur. Bundan başqa, muzeydə ziyarətçilərə Bərdə şəhərinin tarixi, mədəni sərvətləri haqqında geniş məlumat verilir. Əcnəbi turistlər arasında Amerika Birləşmiş Ştatları, Britaniya və digər ölkə vətəndaşları var.

   Şəhərə təşrif buyurmuş qonaqların, yerlixarici turistlərin mədəni istirahətinin təmin olunmasına da xüsusi diqqət ayrılır. Hər həftəsonu Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən istirahət parklarında konsert proqramları təşkil olunur.

 

Mədəniyyət 2017.- 25 avqust.- S.9.