“Nar bağı”
filmi “Oskar” mükafatına
təqdim edilib
Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının nəzdində
fəaliyyət göstərən
xarici filmlərin Amerika Kino Akademiyasının
“Oskar” mükafatına təqdim
etmək üçün
Azərbaycan üzrə
komissiyanın növbəti
iclası keçirilib.
İttifaqın
mətbuat xidmətindən
bildirilib ki, iclasda bir sıra
məsələlər müzakirə
olunmaqla yanaşı,
komissiyanın qərarı
ilə kinorejissor İlqar Nəcəfin “Nar
bağı” filmi Amerika Kino Akademiyasının
“Oskar” mükafatına “Xarici
dildə ən yaxşı film” nominasiyasına
təqdim edilib.
Qeyd edək ki,
“Nar bağı” filmi
11-ci “Asia Pacific Screen Awards” mükafatına
namizədlərin siyahısına
da daxil edilib. “Asiya Oskarı” adlanan nüfuzlu mükafat hər il
Avstraliyanın Brisben şəhərində təqdim
olunur.
“Azərbaycanfilm”
kinostudiyası və
“Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı
Firudin Allahverdi, icraçı prodüseri
Akif Əliyev, prodüserləri Müşfiq
Hətəmov və İlqar Nəcəfdir. Rollarda Qurban İsmayılov, İlahə Həsənova,
Səmimi Fərhad, Həsən Ağayev və digərləri çəkiliblər.
Mədəniyyət 2017.- 25 avqust.- S.6.