Azərbaycan kitabları Pekində beynəlxalq
sərgidə nümayiş olunur
Çinin paytaxtı Pekində ənənəvi beynəlxalq kitab sərgisi işə başlayıb. 15-ci dəfə keçirilən tədbirdə 89 ölkə təmsil olunur.
Ölkəmizin Pekindəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan guşəsində 1000-dən çox kitab və jurnal nümayiş olunur. Azərbaycan guşəsindəki kitablar arasında ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən nəşrlər, ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, xalçaçılıq sənətinə, turizm potensialına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrinə dair kitablar, jurnal və broşürlər nümayiş olunur. Sərgidə ölkəmiz haqqında Çin, rus və ingilis dillərində ensiklopedik xarakterli nəşrlər də yer alıb.
Çinli və xarici ziyarətçilər Azərbaycan guşəsinə böyük maraq göstərirlər. Arzu edənlərə müxtəlif nəşrlər paylanılır.
Mədəniyyət 2017.- 25 avqust.- S.16.