ÜçüncüTeatr almanaxı” işıq üzü görüb

 

 

   TÜRKSOY-un təşəbbüsü ilə nəşr edilən növbəti “Teatr almanaxı” çapdan çıxıb. Budəfəki almanax türkdilli ölkələrdən dramaturqların uşaq teatrları üçün qələmə aldıqları pyesləri əhatə edir.

   Teatr sənətinin inkişafını dəstəkləyən layihələrdən sayılan almanaxın nəşrində məqsəd ana dilininmilli mədəniyyətin qorunmasında böyük töhfəsi olan türkdilli teatrların repertuarının zənginləşməsinə, türk xalqları bir-birlərinin çağdaş teatr mədəniyyəti ilə tanış etməkdir.

   Nəşrdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Qaqauz Yeri (Moldova), XakasiyaÇuvaşiyadan (Rusiya) olan müəlliflərin pyesləri yer alıb.

   Qeyd edək ki, bu toplunun hazırlanması və nəşri barədə qərar 2016-cı ilin sentyabr ayında Şəkidə keçirilmiş TÜRKSOY Ölkələri Dövlət Teatrları Rəhbərləri Şurasının 5-ci iclasında qəbul edilib.

  

   G.Mirməmməd

 

Mədəniyyət 2017.- 30 avqust.- S.11.