Türk dünyasının şairləri
Türküstanda Vaqif
işığına toplaşdılar
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un həyata keçirdiyi ənənəvi layihələrdən biri də “Türk dünyası şairlər görüşü”dür. Layihə hər il türk dünyasının bir önəmli şairinə həsr edilir. Builki layihə XVIII əsrin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin (1717-1797) anadan olmasının 300 illiyinə həsr edilib.
Tədbirin açılış mərasimi avqustun 25-də Qazaxıstanın bu il “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Türküstan şəhərində gerçəkləşdi. Türkiyə Cümhuriyyəti Baş Nazirliyi yanında Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA), TÜRKSOY, Dünya Yazarlar və Aydınlar Dərnəyi, Xoca Ahməd Yasəvi Universiteti, Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi, Cənubi Qazaxıstan Vilayəti Valiliyi və Türküstan Bələdiyyəsinin işbirliyi ilə baş tutan tədbirə Qazaxıstanın Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universiteti ev sahibliyi edirdi.
“Şairlər görüşü”nə Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Qaqauz Yeri (Moldova) və Rusiyadan (Başqırdıstan, Dağıstan, Saxa-Yakutiya, Tatarıstan) gələn 25 şair qatılmışdı. Tədbirdə Azərbaycanı tanınmış şair, Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlı və “Vektor” Beynəlxalq Elm Mərkəzinin baş direktoru, şair Elçin İsgəndərzadə təmsil edirdi.
Qonaqları Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universitetin türkdilli ölkələrin bayraqları ilə bəzədilmiş giriş zalında milli geyimli rəqqasələr qarşıladı. Müxtəlif rəqs nümunələri və musiqi ifaları tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaradırdı.
“Vaqifin əsərləri bütün dönəmlər üçün aktualdır”
Sonra tədbirin rəsmi hissəsinə
start verildi. Çıxışlardan öncə Türkiyə
və Qazaxıstanın
dövlət himnləri
səsləndirildi.
Açılış
nitqi ilə çıxış edən
TÜRKSOY-un Qazaxıstan təmsilçisi
Askar Turqanbayev öncə layihə haqqında məlumat verdi. Bildirdi
ki, 2017-ci il
TÜRKSOY tərəfindən böyük Azərbaycan şairi Molla Pənah Vaqifin xatirə ili elan edilib: “Şairin
300 illik yubileyi münasibətilə elan olunan anım ili çərçivəsində
türkdilli ölkələrdə
müxtəlif tədbirlər,
mərasimlər keçirilir.
M.P.Vaqif çoxtərəfli fəaliyyətə
malik şəxsiyyət
olub. Əgər o bizi belə
bir toplantı ilə bir araya
gətirirsə, deməli,
vətəninə, millətinə
xidmət edən insan olub. Vaqifin əsərləri bütün
dönəmlər üçün
aktualdır. Şairlə hazırkı nəsil arasında iki əsr var, amma
bu gün də əsərləri oxunur, poeziyası insanları həyəcanlandırır”.
A.Turqanbayev şairin ictimai-siyasi
fəaliyyətinə də
toxundu və bildirdi ki, Vaqif
bacarığı, xalq
arasında nüfuzu sayəsində Qarabağ xanlığında baş
vəzir vəzifəsinə
yüksəlib.
Dünya Yazarlar və Aydınlar Dərnəyinin
rəhbəri, şair
Osman Baş çıxış edərək
“Şairlər görüşü”
layihəsinin böyük
əhəmiyyət kəsb
etdiyini dilə gətirdi: “Bu tədbir türk dünyasının
güclü şairlərini
bir araya gətirərək şeir,
sənət yolu ilə mədəniyyət
paytaxtlarının və
yaşadıqları ölkələrin
mədəniyyət, ədəbiyyat
və sənətlərinin
tanıdılmasına töhfə
verəcək. Bir millətin ayrı-ayrı
dövlətlərdə yaşayan
şair qardaşlarını
bir araya gətirmək, tanış
etmək, bilgi mübadiləsinə vasitə
olmaq qarşılıqlı
mədəniyyət nümunələrinin
paylaşılmasını təmin etməkdən də çox gözəl nəticələr
ortaya qoyacaq. Azərbaycanın yetişdirdiyi böyük
dövlət adamı,
şair Molla Pənah Vaqifin doğumunun 300-cü ilini qeyd edirik. Könüllərə gedən yolları
şeir-şeir qət
edəcəyik. Türk dünyasında
yaşayan qardaşlarımızın
könüllərini birləşdirmək
üçün çalışacağıq.
Biz Türküstandakı sevgimizi gözyaşlarımızla
paylaşdıq”.
O.Baş onu da vurğuladı ki, türk dünyasından tədbirə qatılan şairlərin şeirləri
kitab şəklində
çap olunacaq.
Türküstan Bələdiyyəsinin sədri Alibek Şaripbekoğlu Öserbeyev
şəhərin tarixindən
bəhs etdi və vaxtilə bu şəhərdə müxtəlif dinlərin nümayəndələrinin bir
arada əmin-amanlıq
içərisində yaşadıqlarını
dilə gətirdi.
O, “Şairlər görüşü”
layihəsinin də Türküstanda keçirilməsindən
məmnunluğunu ifadə
etdi.
Xoca Əhməd Yasəvi
Beynəlxalq Türk-Qazax
Universitetinin rektor vəkili Mehmet Kutalmış bildirdi ki, bir ölkə
mədəniyyətlə nə
qədər yüksəlibsə,
ədəbiyyat, şeirlə
də o qədər yüksələ bilib.
Bunu Səlcuq, Osmanlı daxil olmaqla bir çox
türk dövlətlərində,
günümüzdə isə
Avropa və Amerikada görmək olar. Şeir yazmaq bilikli,
müstəqil olmaq, sözü seçərək
ifadə etmək deməkdir. Şeir insanın mənəvi
zirvəsidir. Natiq
çalışdığı ali təhsil
ocağının fəaliyyətinə
də toxundu: “Əmin olun ki, sizin övladlarınız,
bizim övladlarımız
olaraq ortaq tarix, ədəbiyyatı öyrənib öz vətənlərinə gedəcəklər.
Çox
qədim zamanlardan türklərin ortaq dili, yazısı olub. Dünyanın ən yüksək
mədəniyyətlərini qurublar. Bilgə xan böyük
söz ustadı, dövlət adamıdır.
Molla Pənah Vaqifin dönəmində də güclü türk dövlətləri mövcud
olub. Biz fəxr edirik ki, sizinlə birlikdə qədim türk torpağındayıq
və Molla Pənah Vaqif kimi böyük şairin yubileyini qeyd edirik. Universitetə dünyanın hər
tərəfindən tələbə
gələndə biz hər
ayın bir həftəsini türk dövlətlərindən birinə
həsr edəcək,
həmin gün tədbirlər düzənləyəcəyik.
Bu gün Türküstan
tarixi bir gün yaşayır.
Buna görə sizlərə nə qədər təşəkkür
etsək də, azdır”.
Sonra Askar Turqanbayev
və Osman Baş çıxış
edənlərə TÜRKSOY adından hədiyyə təqdim etdilər.
Həyatı gərgin, özü nikbin
Daha sonra tədbir
iştirakçılarına M.P.Vaqifin həyat və yaradıcılığından
bəhs edən sənədli film nümayiş
olundu. Tədbir konsert proqramı
ilə davam etdirildi.
Mərasimin ikinci hissəsində qazax ədəbiyyatşünası,
professor Kulbek Ergöbek Sarsenulinin moderatorluğu ilə çıxışlar başladı.
Əvvəlcə ədəbiyyatşünasın
özü Vaqifin həyat və yaradıcılığından bəhs etdi. Azərbaycan poeziyasının tarixinə
toxunan K.Sarsenuli bildirdi ki, şairin
ədəbi ənənələrini
müasir dövrdə
Səməd Vurğun
davam etdirib.
TÜRKSOY-un Qırğızıstan
təmsilçisi, Xalq
şairi Kocageldi Quliyev bildirdi ki, türk dünyası
ilk növbədə bir
ruh dünyasıdır:
“Bizlər Molla Pənah Vaqif dühasının işığına
toplaşmışıq”.
Dəyanət Osmanlı iştirakçıları
Azərbaycanda Atatürk
Mərkəzinin direktoru,
akademik Nizami Cəfərovun adından salamladı və “Molla Pənah Vaqif və Azərbaycan
ədəbiyyatı” mövzusunda
məruzə ilə çıxış etdi.
Bildirdi ki, Vaqif Qarabağda məktəb açmışdı
və uşaqlara pulsuz dərs verirdi: “Onun öz şagirdləri var idi. Şeirləri dillər əzbərinə
çevrilmişdi. Qarabağ xanı
onu saraya dəvət edir. Baş vəzir vəzifəsinə
qədər yüksəlir.
Vaqif türk dünyası ədəbiyyatının yaxınlaşması
baxımından bir sıra işlər görüb. Həyatı gərgin olsa da, nikbin insan
olub, əsərlərində
türk ruhunu əks etdirib. 1982-ci ildə Heydər
Əliyevin təşəbbüsü
ilə Şuşada Vaqifin məzarı üzərində məqbərə
tikilib. Erməni işğalçıları tərəfindən 1992-ci ildə
Şuşanın işğalı
zamanı vəhşicəsinə
dağıdılıb. Arzu edirəm ki, zəfər bayramını
və Vaqifin yubileyini bir yerdə işğaldan azad edilən torpaqlarımızda qeyd edək”.
Tanınmış şair Xeyrəddin
İvgin isə qonaqları Türkiyədən
gələn şairlər
adından salamladı,
Vaqifin türk dilinə çevrilmiş
şeirlərini oxudu.
Şairə Güllü Karanfil (Qaqauz Yeri, Moldova) əvvəlcə qaqauzlar haqqında məlumat verdi. Bildirdi ki,
Qaqauz Yerində 160 min
qaqauz yaşayır.
1994-də qaqauzlar Moldovada kiçik muxtariyyət qazandılar.
Kiçik universitetləri var,
amma məktəblərdə
təhsil rus dilində aparılır.
Sonra şair “Qar dənəsiyəm” adlı
şeirini oxudu. Tədbir universitetin musiqi kollektivinin konsert proqramı ilə davam etdirildi.
* * *
Günün ikinci yarısında
türk dünyasının
şairləri bir araya gələrək öz şeirlərini oxudular. Sonra tədbir iştirakçılarına
təşəkkür plaketləri
təqdim edildi. Şairlər həmçinin
Kulbek Ergöbek Sarsenulinin öz imkanları hesabına açdığı və
türk dünyası
ədəbiyyat nümnələrindən
ibarət olan kitabxana, qalereya və muzeylə tanış oldular.
Tədbir çərçivəsində qonaqlar Türküstanın
tarixi məkanları,
o cümlədən Xoca
Əhməd Yasəvi
türbəsi və şəhərin turizm məkanları ilə tanış oldular.
Bir sözlə, fərqli
türk ölkələri
və toplumlarından
gələn 25 şairin
görüşü maraqlı
təəssüratlarla yadda
qaldı.
Mehparə
Sultanova
Ankara
Mədəniyyət 2017.- 30 avqust.-
S.11.