“Kitabi-Dədə QorqudBaltik xalqlarının dillərində

 

 

   Tanınmış ədəbiyyatşünas, publisist və tərcüməçi, Litva Azərbaycanlılar Cəmiyyətinin sədri Mahir Həmzəyevin “Kitabi-Dədə QorqudBaltik xalqlarının dillərində” monoqrafiyası çapdan çıxıb.

   Kitabın elmi redaktoruön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.

   Monoqrafiya Azərbaycan və Baltik ölkələri ədəbiyyatşünaslığında bu mövzuya həsr edilmiş ilk tədqiqat işidir. Nəşrə “Kitabi-Dədə Qorqudeposunun Litva, latış və eston dillərinə tərcümələri ilə əlaqədar müəllifin apardığı ədəbiyyatşünaslıq və linqvistik araşdırmalarının orijinal nəticələri, bu eposun öyrənilməsinə dair EstoniyaLatviya müəlliflərinin ən mühüm mədəniyyətşünaslıq işlərinin təhlili və qiymətləndirilməsi, habelə adıçəkilən tərcümələrlə əlaqədar Baltik ölkələri ədəbiyyatşünaslarının rəylərinin analitik icmalı daxil edilib.

   Akademik İsa Həbibbəylinin kitaba yazdığı “Qorqud müdrikliyimüasirlik” adlı ön sözdə qeyd edilir ki, Azərbaycan xalq ədəbiyyatı abidəsi olan “Kitabi-Dədə Qorqud” qəhrəmanlıq eposunun Baltik xalqlarının dillərinə tərcümə edilməsi və həmin ölkələrdə bu eposla bağlı tədqiqatlar Azərbaycan qorqudşünaslığının qiymətli baltik səhifələdir.

 

Mədəniyyət 2017.- 30 avqust.- S.15.