Mədəniyyət evinə görkəmli
xanəndənin adı verilib
Bakı şəhərinin Xəzər rayonundakı Türkan qəsəbə Mədəniyyət evinə mərhum xanəndə, Xalq artisti Ağaxan Abdullayevin adı verilib.
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda müvafiq dəyişiklik edib.
Qərara əsasən, Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə Bakı şəhərinin Xəzər rayonundakı Türkan qəsəbə Mədəniyyət evi görkəmli muğam ustadının adını daşıyacaq.
Xalq artisti Ağaxan Abdullayev 6 fevral 1950-ci ildə Bakının Əmircan kəndində anadan olub. Snətkar ömrünün 40 ilini Azərbaycan musiqisinə həsr edib. Dünyanın 20-dən çox ölkəsində qastrol səfərində olub, hər yerdə Azərbaycan muğamlarını, xalq və bəstəkar mahnılarını böyük şövqlə, ustalıqla ifa edib. Onun ifasında lentə alınan muğamlarımız Azərbaycan Televiziyasının “qızıl fond”unda saxlanılır.
Görkəmli
xanəndə ifaçılıqla yanaşı pedaqoji fəaliyyətlə də məşğul
olub. 1977-ci ildən A.Zeynallı adına Musiqi Məktəbində muğamdan
dərs deyib, gənc xanəndələr
nəslinin yetişməsində böyük
əmək sərf edib. “Şöhrət”
ordeni ilə təltif edilib.
2016-cı il dekabrın 25-də
dünyasını dəyişib.
Mədəniyyət.- 2017.- 1
dekabr.- S.13.