Böyük İpək Yolunun tarixi şəhərlərinin dünya irsində yeri

 

 

   Mədəniyyət və Turizm Nazirliyində rəsmilərin və alimlərin iştirakı ilə görüş keçirilib

  

   Böyük İpək Yolu - e. ə. II əsrdən eramızın XVI əsrinə qədər fəaliyyət göstərən, Çindən Şimali Afrikaİspaniyaya qədər uzanan tarixi karvan yolu Azərbaycanın bir sıra şəhərlərindən keçib. Karvan yolları elə ölkələrdən keçirdi ki, orada səyahətçilər və tacirlər kifayət qədər yüksək mədəniyyət görmüş, yerli əhali ticarət əlaqələrinə can atmış olsun. Azərbaycanın Bakı, Naxçıvan, Dərbənd, Şamaxı kimi qədim şəhərləri də bu meyarlara görə Böyük İpək Yolunun əsas dayanacaqlarından idi.

   Böyük İpək Yolu üzərində mövcud olan tarixi şəhərlərin dünya irsində yerinin müəyyən edilməsi, tarixi dövrün mədəni irsinin UNESCO-nun Dünya İrs Siyahısına salınması məsələlərinin müzakirəsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyində nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, UNESCO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov, AMEA-nın Şərqşünaslıq və ArxeologiyaEtnoqrafiya institutlarının alimlərinin iştirakı ilə görüş keçirilib.

   Görüşdə bildirilib ki, “İpək Yolu” strategiyası ümummilli lider Heydər Əliyevin uzaqgörən, uğurlu iqtisadi siyasətinin nəticəsidir. Müstəqilliyin ilk illərində yaranmış ağır sosial-iqtisadi vəziyyət, keçmiş təsərrüfat əlaqələrinin qırılması, Avropadünya bazarına çıxışın olmaması dövlət müstəqilliyimiz üçün ciddi təhlükə yaradırdı. Belə bir şəraitdə Avropa Komissiyasının müstəqillik əldə etmiş ölkələr üçün hazırladığı TRACECA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi - Transport Corridor Europe-Caucasus-Asia) layihəsinin ölkə rəhbərliyi tərəfindən dəstəklənməsi, dövlətçiliyimizin qorunması və onun iqtisadisiyasi cəhətdən möhkəmləndirilməsi üçün geniş imkanlar açdı.

   Ümummilli lider Heydər Əliyev məqsədyönlü və kompleks tədbirlər həyata keçirməklə tarixi İpək Yolunun bərpası ideyasını xəyaldan reallığa çevirdi. Bu nəhəng layihənin gerçəkləşdirilməsi nəticəsində Azərbaycan Şərqlə-Qərb arasında strateji körpü rolunu oynayan əlverişli tranzit əhəmiyyətli ölkəyə çevrildi, Cənubi Qafqazın lider dövləti kimi özünü təsdiqlədi.

   Eyni zamanda bildirilib ki, Böyük İpək Yolu öz tarixi əhəmiyyətini yenidən bərpa etməklə, yüzillər bundan əvvəl olduğu kimi müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü yaratmaq imkanına malikdir. Böyük İpək Yolunun bərpası imkanlarının öyrənilməsinə UNESCO-nun himayəsi ilə yaradılan beynəlxalq komissiya hələ 1980-ci illərdə başlayıb. 1989-cu ildə Moskvada, 1990-cı ildə Səmərqənddə, 1991-ci ildə Urgəncdə və 1992-ci ildə Donetskdə keçirilən forumseminarlarda layihənin inkişaf məsələləri və istiqamətləri müzakirə edilib. 2008-ci ildə Bakıda Azərbaycan Milli Elmlər Akademiyası və UNESCO-nun nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya Tədqiqatları Beynəlxalq İnstitutunun təşkilatçılığı ilə “Strabon yoluBöyük İpək Yolunun bir hissəsi kimimövzusunda beynəlxalq elmi konfrans keçirilib.

   Azərbaycan ərazisi Böyük İpək Yolunda Çin ilə Avropa arasında “qızıl qapı” rolunu oynayırdı. Bu marşrutla Şərqdən Mərkəzi Avropa ölkələrinə əvvəlcə ipək, daha sonra ədviyyat, qızıl, gümüş, qiyməti daşlar, Avropadan Şərq ölkələrinə isə qalay, sink, civə, mahud parças. daşınırdı. İpək Yolu Dərbənd, Şirvan, Şəki, Beyləqan, Gəncə, Qəbələ, Təbriz və Naxçıvanda ipəkçiliyin inkişafına güclü təkan vermiş, onların hər birinin ipək ticarəti mərkəzinə çevrilməsinə şərait yaradaraq məşhurlaşmasına səbəb olmuşdu. Tacirlər buradan Avropaya neft, duz, zəy, yun, pambıq, mineral boyalar, farmakoloji dava-dərman və bir çox başqa mallar aparırdılar. Yerli mis məmulatlar: qab-qacaq, şamdanlar, astronomiya cihazları böyük şöhrət qazanmışdı.

   Görüşdə Böyük İpək Yolunun Azərbaycan tarixində tutduğu yeri, mədəni irsimizə verdiyi töhfələr, bu irsin qorunması və beynəlxalq aləmdə tanıdılması istiqamətində aparılacaq işlər müzakirə edilib.

 

Mədəniyyət.- 2017.- 1 dekabr.- S.3.