İtaliya portalı Bakının görməli yerləri haqqında

 

 

 

   İtaliyanın “Lagenziaviaggi.itturizm portalında jurnalist-səyahətçi Massimo Tallarigonun müəllifi olduğu “Azərbaycan - Odlar diyarı. Burada hər şey inkişaf edir” adlı məqalə dərc olunub. Məqalədə Bakı şəhərinin görməli yerləri, zəngin tarixi abidələri, həmçinin müasir memarlıq nümunələrindən bəhs edilir.

   Yazıda dünyadaOdlar diyarı” kimi tanınan Azərbaycandakı inkişafdan söz açılır, bunun xüsusilə paytaxt Bakı şəhərində daha aydın nəzərə çarpdığı qeyd olunur. Müəllif möhtəşəm memarlıq abidələri ilə zəngin olan Bakının xüsusilə gecələr işıqlara qərq olduğunubununla da heyrətamiz mənzərənin yarandığını diqqətə çatdırır, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Atəşgah məbədi haqqında məlumat verir. Həmçinin İçərişəhərdə yerləşən Miniatür Kitab Muzeyindən bəhs edilirburada minlərlə miniatür kitabın, hətta dünyanın ən kiçik Bibliya kitabının olduğu bildirilir. O, Bakının müasir tikililərinə də diqqət çəkir, məşhur memar Zaha Hadidin müəllifi olduğu Heydər Əliyev Mərkəzini müasir dünya memarlığının ən möhtəşəm nümunələrindən biri adlandırır.

   Qobustan Milli tarixi-bədii qoruğundan da bəhs edilən məqalədə qoruğun UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyi bildirilir. Qobustan təsvirlərinin çox qədim tarixi dövrə gedib çıxdığını vurğulayan müəllif burada 40 min il yaşı olan altı mindən çox qaya daşlarına rast gəlindiyini diqqətə çatdırır.

   Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür:

 

Mədəniyyət.- 2017.- 1 dekabr.- S.9.