“Qarabağ”
musiqi qrupu İrana gedir
Xalq artisti Mənsum
İbrahimovun rəhbərlik
etdiyi “Qarabağ” musiqi qrupu İran
İslam Respublikasının
paytaxtı Tehranda konsert proqramı ilə çıxış
edəcək.
Bu barədə məlumat verən sənətkar deyib: “Konsertimiz dekabrın 8-9-da Tehranın “Talar” konsert salonda reallaşacaq. Biz bir neçə müddətdir ki, konsertə hazırlaşırıq”.
Konsertdə xanəndə
Mənsum İbrahimovu əməkdar artistlər
Elçin Həşimov (tar),
Elnur Əhmədov (kamança),
Şirzad Fətəliyev (balaban)
və Kamran Kərimov (nağara)
müşayiət edəcək. Proqramda xalq və bəstəkar mahnıları, muğam və təsniflərimiz səslənəcək.
Mədəniyyət.- 2017.- 1
dekabr.- S.2.