Unudulmaz melodiyaları ilə yaşayan sənətkar

 

 

   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə noyabrın 30-da şəhər Mədəniyyət evində görkəmli bəstəkar Emin Sabitoğlunun 80 illiyi münasibətilə tədbir keçirilib.

   Tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilib, “Odlar yurdu” rəqs qrupunun ifasında “Azərbaycan”, “ çiçək” rəqsləri maraqla izlənilib.

   “Şəms” instrumental ansamblının ifasında “Şirin dil”, gənc müğənnilərin ifasında “Payız gəldi”, “Bu gecə”, “İnsaf da yaxşı şeydi”, “Sevgi mahnısı”, “Dağları duman alanda”, “Ala gözlüm”, “Uzaq, yaşıl ada”, “Nə gözəldir Azərbaycan” mahnıları alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2017.- 1 dekabr.- S.2.