Görkəmli rejissorun yubileyi qeyd edilib

 

 

 

   Noyabrın 30-da Dövlət Film Fondunda görkəmli televiziya rejissoru Əmirhüseyn Məcidovun 80 illiyinə həsr edilmiş tədbir keçirilib.

   Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə reallaşan tədbirdə respublikanın tanınmış mədəniyyət incəsənət xadimləri iştirak ediblər.

   Əvvəlcə iştirakçılar foyedə sənətkarın həyat yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

   Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev başqaları çıxış edərək rejissorun milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıblar.

   Bildirilib ki, Azərbaycan Televiziyasının sayılıb-seçilən istedadlı rejissorlarından hesab edilən Ə.Məcidov özünəməxsus yaradıcılıq manerası, öz üslubu olan ustad sənətkarlardan idi. 1937-ci il noyabrın 30-da Xızı rayonunun Tudar kəndində dünyaya göz açan rejissor 1967-ci ildən ömrünü televiziyaya bağlayıb. SənətkarEvrika”, “Sağlamlıq”, “Odlar diyarı”, “Şimşək”, “Səadət qadınlar klubu”, “Kitab köşkü”, “Yazıçılarımızın yaradıcılığından səhifələr”, “Səhər görüşlərikimi verilişlərin rejissoru olub. Onun hazırladığıKlassik irsimizdənsilsilə verilişləri televiziya ekranında ədəbi kökümüzə qayıdışı əks etdirirdi.

   Ə.Məcidov “Tikanlı məftillər”, “Zümrüd quşu”, “Kimin sualı var?”, “Polkovnik Şaberkimi teletamaşaların rejissoru olaraq da tanınır. Beş kitab müəllifi olan sənətkarın pyesləri respublikamızın müxtəlif teatrlarında tamaşaya qoyulub.

 

Mədəniyyət.- 2017.- 1 dekabr.- S.3.