“Daşla
danışan adam”
Bilik Fondunda “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Xalq rəssamı Mirəli Mirqasımova həsr olunan "Daşla danışan adam" sənədli filminin təqdimatı olub. Ekran əsəri “Aranfilm”də Nicat Qafuroğlunun ssenarisi və rejissorluğu ilə çəkilib.
Fondun icraçı direktoru Oktay Səmədov gənclərin estetik zövqünün cilalanmasında, dünyagörüşünün inkişafında filmlərin xüsusi əhəmiyyətini vurğulayıb. “Aranfilm”in direktoru Tahir Tahirli Bilik Fonduna mədəniyyət və incəsənətə göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Filmin nümayişindən sonra yaradıcı heyətlə tamaşaçıların müzakirəsi olub, tələbələrin film haqqında sualları cavablandırılıb.
Tədbirdə Bilik Fondunun “Gənc jurnalistlər”, “Tariximizi öyrənək və öyrədək” klublarının üzvləri, ADPU-nun nəzdindəki Pedaqoji Kollecin tələbələri, “Asan Xidmət”in könüllüləri iştirak ediblər.
Sənədli filmin qəhrəmanı Mirəli
Mirqasımovun xüsusilə monumental heykəltəraşlıq
janrında yüksək bədii dəyərli əsərləri
var. O, 1974-cü ildə Cəlil Məmmədquluzadənin
Naxçıvan şəhərində ucaldılmış tunc abidəsinin müəllifidir.
Yazıçı-dramaturq Cəfər Cabbarlının heykəli
müəllifin 23 ilini alıb. Bu, Azərbaycanda yeganə heykəldir ki, bütöv, sal daşdan ibarətdir.
Altı metr yarım hündürlükdə
olan heykəlin daşı Ukraynadan
gətirilib. Daşı karxanadan səkkiz
tank çıxarıb. Bu
maraqlı hekayəni filmdə heykəltəraşın həyat
yoldaşı nəql edir.
Mədəniyyət.- 2017.- 1
dekabr.- S.15.