“İslam həmrəyliyi
ili” çərçivəsində
növbəti müsabiqə
Xətai Sənət Mərkəzində “İslam həmrəyliyi ili” çərçivəsində məktəblilər arasında “İslam həmrəyliyi və multikultural dəyərlər tolerantlığın əsasıdır” mövzusunda rəsm müsabiqəsi elan olunub.
Müsabiqədə əsasən, İslam ölkələrinin oxşar adət-ənənələrini, milli geyimlərini, o cümlədən, dostluğu, qardaşlığı, humanizmi, tolerantlığı və sülhü özündə əks etdirən əsərlər seçiləcək.
Sərgi-müsabiqədə
14 yaşa qədər uşaqlar
iştirak edə bilərlər. İştirak etmək istəyənlər əsərlərini
dekabrın 5-dən 12-dək Xətai Sənət Mərkəzinə
təqdim etməlidir.
Mədəniyyət.- 2017.- 1
dekabr.- S.4.