İslam həmrəyliyinin güclənməsində medianın rolu

 

 

   Noyabrın 30-da Bakıda “İslam həmrəyliyi ili” çərçivəsində “İslam həmrəyliyinin güclənməsində medianın rolumövzusunda konfrans keçirilib.

   Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli qeyd edib ki, konfransın təşkilatçıları İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Mətbuat Fondudur. Bildirilib ki, Misirin media nümayəndələri konfransda iştirak etmək, eyni zamanda ölkəmizin mətbuatı, ictimai-siyasi həyatı ilə tanış olmaq məqsədilə Azərbaycanda səfərdədirlər.

   Tədbirdə çıxış edən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Güney və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Azərbaycan Prezidenti tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ilielan edilməsinin əhəmiyyəti barədə danışıblar. Qeyd edilib ki, bəzi cəmiyyətlərdə dini məzhəblər və təriqətlər arasında toqquşmalar müşahidə olunur. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar.

   Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov bildirib ki, İslam dini sülh, mərhəmət dinidir. Bu din terrorla eyniləşdirilməməlidir. Terrordan əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu vurğulayan B.Həsənov qeyd edib ki, həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, dini və mədəniyyət abidələri dağıdılıb.

   Vurğulanıb ki, Azərbaycan İslam dəyərlərinə ən yüksək səviyyədə önəm verən ölkələrdən biridir. 2017-ci ilinİslam həmrəyliyi ilielan olunmasında məqsəd təkcə Azərbaycandakı məzhəblər arasındakı dialoqu gücləndirmək deyil, eyni zamanda, İslam ölkələri arasında həmrəyliyi möhkəmləndirməkdir.

   Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev, Fələstinin Azərbaycandakı səfiri Nasir Əbül Kərim, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nicat Məmmədli, Misirin “Əxbar Əl-Yaum” qəzetinin baş redaktoru Rufat Fayyad və başqaları çıxış edərək qarşılıqlı əməkdaşlığın vacibliyi haqqında danışıblar.

 

Mədəniyyət.- 2017.- 1 dekabr.- S.5.