“Nəğmə dolu bir ürəyəm”
Elza İbrahimovanın bənzərsiz
melodiyaları səslənib
Heydər Əliyev Sarayında sevilən mahnıların müəllifi, Xalq artisti Elza İbrahimovanın əsərlərindən ibarət “Nəğmə dolu bir ürəyəm” adlı konsert proqramı təqdim edilib.
Konsertdə xalq artistləri Flora Kərimova, Ənvər Sadıqov (qarmon), əməkdar artistlər İlqar Muradov, Aqşin Abdullayev, Lalə Məmmədova, Sevda Ələkbərzadə, tanınmış ifaçılar Ayaz Qasımov, Nadir Qafarzadə, Fuad Musayev, Zabitə Alıyeva, Samir Piriyev, Rövşən Əziz, Vüsalə Əsgərova, Aynur İsgəndərli, Çinarə Məlikzadə, Sərxan Bünyadzadə, Səbinə Ərəbli, Sevda Yəhyayeva, Kənan Qədimov, Orxan Babazadə, Nicat Cəfərzadə, Ayşən Mehdiyeva, Aytən Məhərrəmova və Çərbət Rzaquliyev çıxış ediblər.
İfaçıları Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı, Tofiq Əhmədov adına Estrada-simfonik orkestri və “Qaytağı” ansamblı müşayiət edib.
Gecədə səslənən mahnılar hər bir tamaşaçının qəlbini ovsunlayıb. Tamaşaçı alqışları bir daha Elza İbrahimovanın sənətinin heç zaman ölməyəcəyini göstərib.
Mədəniyyət.- 2017.- 1
dekabr.- S.6.