Mədəniyyət müəssisələrinin fəaliyyəti müzakirə edilib

 

 

   Qusar rayon Heydər Əliyev Mərkəzində Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin növbəti Şura iclası keçirilib. Şura üzvlərinin, regionda fəaliyyət göstərən mədəniyyət müəssisələri rəhbərlərinin qatıldığı iclasda ötən dövr ərzində görülən işlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.

   İclasda Siyəzən şəhər Heydər Əliyev Mərkəzinin və Şabran rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2017-ci ilin yanvar-noyabr aylarında gördüyü işlər barədə müəssisə rəhbərlərinin hesabatı dinlənilib.

   İclas iştirakçıları Qusar rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işi ilə tanış olublar.

  

 

Mədəniyyət.- 2017.- 1 dekabr.- S.7.